Yerdən gurultuyla qopub qalxanTəyyarələrin dalıncaBaxa-baxa qaldım.Uzaq dənizlərdəBöyük gəmilərlə səni yola saldım.Stansiyalardan ayrılıb gedən

Qatarların arxasıncaKövrəlib ağladım.Həmişə, sabaha, vüsalaÜmid bağladım.Havalar geniş,Dəryalar dərin,Nələr görür sənin işıqlı gözlərin...Sən gəzməyi sevirsən,Otu, çiçəyi sevirsən.Şimşəkli, ildırımlıTufanları sevirsən;Namuslu, mərd,Alnıaçıqİnsanları sevirsən;Cənubda yaz yağışını sevirsən,Şimalın qarlı qışını sevirsən.Küləyi, tufanları sevirsən;Yaşıl budaqlı, ağ çiçəkləriBaharı sevirsən.Yaxşı yol sənə,Uğurlar olsun,Hara gedirsən get,Mənim dərya səbrimi qurtarma.Hara gedirsən get,Mənim vətənə bağlı ürəyimiGetdiyin uzaq yollaraAparma, əzizim, aparma...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе