Əs, ey sərin ruzgar, bu axşamçağıBizim bu ellərə nazlı yar gəlir.Keçirib qəlbini min imtahandan,Eşqinə, hissinə vəfadar gəlir...

Bülbül, tərk eləmə dostun bağını,Gətir sevgilimin ilk sorağını.Əymə, dəli ruzgar, gül budağımı,Xəzan bağçasına laləzar gəlir.

Çırpın, dəli könlüm, bu axşam bir az,Cəfasız eşqin də ləzzəti olmaz.Yaraşır canana bu işvə, bu naz,Sallana-sallana ilk bahar gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви