Buludlar
Uzaq ölkələrə, iraq ellərəAxışan buludlar, axan buludlar!Bir ilıq nəvaziş umarkən sizdən,Könlümü həsrətlə yaxan buludlar!
Mənim ki, ürəyim bir gül yarpağı,Əsər, sizi görsə yorğun, buludlar!
Bəzən axan bir çay, bir sel sayağı, –Bəzən ümman kimi durğun buludlar!
Açılsın göy üzü yığınınızdan,Zərif bir hiss kimi titrək buludlar!Döşənsin səmalar aydan, ulduzdan,Hər axşam min kölgə, min rəng buludlar!
Solan çiçəkləri siz öpərsiniz,Siz ey göy üzündə örpək buludlar,Yanan səhralara su səpərsiniz,Ey atlaz buludlar, ipək buludlar!
Uzaq ölkələrə, iraq ellərəAxışan buludlar, axan buludlar,Bir ilıq nəvaziş umarkən sizdən,Könlümü həsrətlə yaxan buludlar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-buludlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Gözlərin çağlayan sevgi dəniziGörənin açılar bəti-bənizi.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,