Hər gün təyyarə meydanındanQalxır havaya təyyarələr...Dənizlərin üzərindənBir quş kimisüzüb keçirsəhər-səhər...Təyyarələr uzağa uçur,Nəhrlərdən, dəryalardan aşıbYad bir torpağa uçur...Səmişinlər deyilbu təyyarələri dolduran,Ağır-yüngül mal da deyil.Uzaqlara töhfə gedənBir cah-calal da deyil...Öz yurdundan ayrı düşürSadə vətən çiçəkləri,Hollandiyanın əlvan rəngli,Gözəl və şən çiçəkləri.Hollandiyanın çiçəkləriHər gün dünya bazarındaYığın-yığın satılır.Qürbət elin havasınıGötürməyibTez solur, tez atılır...Ömrünü bu çiçəklərəHəsr eləmiş bir bağbanGözü yaşla dolur, onlarQürbətə uçan zaman.Elə bil ki, balasındanAyrı düşür bir ana:Canlı bir dərd bəxş eləyirBu ayrılıq insana.

Xatirimdən silinmədiO gördüyüm gündən bəriHollandiya çiçəkləri,Hollandiya çiçəkləri...Hər gün uçan təyyarəyəBir satın mal kimi dolduÖz yurdunda ətir saçanŞux çiçəklər, şən çiçəklər...Ürəyimə bir dərd olduVətənindən ayrı düşübQürbətdə ölən çiçəklər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке