Deyirlər, qadının hüsnü, camalıTez solur, tez sönüb gedir həyatda...Səni yaradanın coşqun xəyalıHeç ola bilərmi bu kainatda?Əsrlər sürünüb keçmiş yanından,Zamanın nəfəsi sənə dəyməmiş.Boranlar, tufanlar, qanlı vuruşlarSənə toxunmamış, səni əyməmiş...Təbiətdən alır insan həyatı.Təbiət insana həyat, can verir,Lakin sənətkarın qüdrətli əliHəyata əbədi bir dövran verir...İnan ki, ey gözəl, insan hüsnü dəSənətkar əlilə yüksəlir göyə.Səndəki gözəllik ölməz sənətdirİnsanlar sənətə gəlir səcdəyə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов