Qala, yar, qala
Nə keçdi cəsədin çətin çəngələ,Gəl canı ataşa qala, yar, qala.Həsrətindən dərdin yazan dal-dala,Çəkər sənin təki qala, yar, qala.
İgid girsə cəng içində at alar,Xədəngini cəng içində atalar.Çəkər dərd əhlinin dərdin atalar,Çətindi zindanda qala, yar qala.
Çarx hərləndi, qara gəldi sənə yaz,Xatalı gərdişdən axtar sən ay az.Novrəs İman dərdin desin sənə, yaz,Həsrəti sinəndə qala, yar, qala.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-qala-yar-qala
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Qərib bir durnayam, ay dost, qatardan ayrı düşdüm mən,Qəfil güllə cüda saldı məni ulduzlu göylərdən.
مه من هنوز عشقت دل من فگار داردتو یکی بپرس از این غم که به من چه کار دارد
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degülBillah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.