Keçdi Yerin üzərindən qərinələr bir an kimi,Cahangirlər, hökmdarlar xəzəl olub külə döndü.Lal gecələr dilə gəldi, fəryad etdi insan kimi,Saysız ulduz karvanları çıraq kimi yandı, söndü.Öz səmtini dəyişdirdi sakit axan çaylar belə,Zəif-zəif sızan sular birləşərək döndü selə,Neçə böyük cəzirə də yoxa çıxdı dənizlərdə,Qılınc çalan min bir fateh ad qoymadı heç bu yerdə.İllər gəlib keçən yoldan karvan keçdi, tozu itdi,Bulud keçdi, kölgə saldı, Yer üzündə izi itdi,Sənin ömür karvanının əbədiyyət oldu yolu:Çəkdiyi yük – söz incisi, hər addımı şərəf dolu.Səkkiz yüz il yaşatmışdır səni sənət, əmək, hünər.Şöhrətinlə parlamışdır vətənində mavi göylər.Kimsə cavab verməyəndə Füzulinin fəryadına,Uzaq Bağdad ellərində səni saldı o yadına,O baxanda qəmli-qəmli hər an ana yurda sarı,Sızlamışdı ürəyində xalqın dərin yaraları.Haqsızlığa, zülmə qarşı qaldıranda, şairim, baş,Sənin təmiz gözlərində parlamışdı incitək yaş.Qızılgüllər vağam olub töküləndə budağında,Ölməz şair, sən can verdin, böyük günlər sorağında.Qara ölüm söndürmədi şerindəki o atəşi,Sən bilirdin doğacaqdı azadlığın al günəşi.Əməllərin, arzuların bir həqiqət oldu bu gün,Vətən mülkü deyil indi bir zamanlar sən gördüyün!Bəzəmişdir dörd yanını bənövşələr, qızılgüllər.Hər gün sənin qəbrin üstə açılıb bir gülgün səhər.Leyla, Şirin əzbər deyir öz dilində kitabını,

Ana yurdun nəsil-nəsil bəsləyir hər xitabını.Qalx, böyük şairim, bu gün heykəlinUcalmış o köhnə qəbrinin üstdə.Hörmətlə görməyə gəlirlər səniÖlkəmin qızları hey dəstə-dəstə...Səni ziyarətə gəlmişdir bu günO dağlar gəlini xınalı kəklik,Ellər şərəfinə qurmuş toy-düyün,Dörd yanın bağçadır – güllük, çiçəklik...Yaşını silmişdir sevdiyin gözlərO nazənin gəlin, vəfalı dilbər –Şirin də gəlmişdir hüzuruna, bax,Onun təmiz qəlbi sənindir ancaq.Məhəbbət dəmidir, bahardır bu gün,Qızılgülün aşıb-daşan çağıdır,Səhərin xoş əsən sərin yelləriLeylinin saçını töküb dağıdır.Yoxdur göz yaşları şaqraq səsində,Hicran duyulmayır şikəstəsində,İlk bahar son qoydu onun yasına,Qovuşdu Məcnun da öz Leylasına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе