Ümid ana ağlamadan dözür ayrılıqlara
Ümid ana ağlamadanAğrılara, əzablara dözə bilir.Çünki doğma – ağrılaratab gətirmək deməkdir.Ağ mələfə üstündəməsum bir varlıq doğmaq.Böyük bir məhəbbətləbaşqasını gətirərkən dünyaya,elə bir az ölməkdir.Ümid olmaq dünyadaHər həyatın ümidsizsonuyla barışmaqdır.Bunlara baxmayaraq,Yeni bir həyat verməkana üçün bir haqdır.Kürək çəkən qollarınQıc olması yamandır,Yumruğun qıc olması elə qorxulu deyil.Durğun sular altında burulğanlaryamandır.Doldurub qayıqları aşırar dalğalar bil,Ana olmaq həm bir çay,Həm də suya baş vuran;Ana olmaq su olmaq, həm də bir daş olmaqdır.Ümid olmaq – məyusluq aynasıtəkümiddən, sevincdən çox uzaqdır.Bir ayna ki, nəhəngtəkəbədi parıldayanÖz daş karxanasını,Məhəbbətin naminəyalnız dəyişəcəkdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-umid-ana-aglamadan-dozur-ayriliqlara
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Ah, kim dövrani-kəcrov halımı zar eylədiAh, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.