Bu gecə evimdə işıqlar söndü.Nə qəmli olurmuş dünya işıqsız,Deyirlər şairin odlu ürəyiZülmətdə nur saçır, guya işıqsız...Bir kiçik şeir də yarada bilsəm,Şair ilhamına deyib afərin,Gündüzün eşqiylə bircə an gülsəmDolar ürəyimə nuru göylərin.Ey ilham, ey məni yaşadan qüvvə,Qəlbimdə bir bahar nuru oyandır,Sönsə də evimdə çıraqlar bir anKönlümdə əbədi bir günəş yandır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов