Qəzəl: Ey pəri, nəqşi-ruxun adəmi divanə qılır
Ey pəri, nəqşi-ruxun adəmi divanə qılır,Düşürür dillərə, aləmləri əfsanə qılır
Sufi əbrusun xəyal etmiş isə mehrabı,Dün ü gün xəm edib qamətini yanə qılır
Necə aşiqdir o kim dildə qoya surəti-qeyr,Necə mö'mindir o kim Kə'bəni bütxanə qılır
Ləbin öpməkdə sənə zərrəcə nöqsan yoxkən,Bu qədər xişmi nəçün qəmzələrin cana qılır
Nitqiya, eşq xərab etdi könül xanəsini,Xassə gənc budur yerini viranə qılır
Kitabxana.az · https://kitabxana.az/ru/works/nitqi-sirvani-qezel-ey-peri-neqsi-ruxun-ademi-divane-qilir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ruxun şövqilə ah etsəm olur dudən şərər peyda,Nə mehr olur bu kim zərrati-atəşnak edər peyda
Qəzəl: Aləmə mehri-ruxun, ey üzü gün, verdi ziyaAləmə mehri-ruxun, ey üzü gün, verdi ziya,Sidqilə gördü əyan didəyi-can sübhi-səfa
Qəzəl: Sən yüzi gülsüz gülüstan səhni-zindandır banaSən yüzi gülsüz gülüstan səhni-zindandır bana,Bu cahan işrətsarayı beytül-əhzandır bana
Qəzəl: Məhbub odur ki şivələri dilfərib olaMəhbub odur ki şivələri dilfərib ola,Məqbuli-aləm ola, həsib ü nəsib ola
Стихи других поэтов · О любви
O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
Yazmışam adınıSöyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.