Məhbub odur ki şivələri dilfərib ola,Məqbuli-aləm ola, həsib ü nəsib ola

Hüsni-lətifi mənzəri-əhli-nəzər ola,Zati-şərifi mərdümi-eyni-ləbib ola

Əğyari-bivəfaya bəğayət bəid ola,Üşşaqi-basəfaya dəmadəm qərib ola

Halına görə bağışlaya üşşaqə şərbəti,Dərdini xəstənin bilə, hazıq təbib ola

Dilbər dəyildir ol sənəm, ey Nitqi, hasili,Hərdəm müsahib olduğu kafir rəqib ola

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви