Qoşuldun mərdlərə, oldunsa mərdan,Yetər, əl çək təkəbbürdən, vüqardan.

İçib şövqün meyin ər süfrəsindənTamam ayrıl bu varlıqdan, bu vardan.

Yolunda gözləmə heç kəsdən imdad,Umub küssən, qapın bir gün qaparsan.

İnan, dostdan mədəd ummaq - zülümdür,Özün dosta mədəd qıl, gər bacarsan.

Basıb keçmə qarışqanı, amandır,Hər Allah bəndəsin dost bil, hayan san.

Tamam heçsən, yüz il qan-yaş da töksən,Tamam zaysan, əgər bir qəlbi qırsan.

Макта — последний бейт с тахаллусом поэта. Bütü, bütxanəni qır, ey Nizami,Çətin iş qeyrətinlə olsun asan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов