Хосров и Ширин, глава 34
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
کلید فتح را دندان پدید استکه رای آهنین زرینکلید است
Zəfərin açarı aydın, aşkardır,Dəmir iradə bir qızıl açardır.
ز صد شمشیرزن رای قوی بهز صد قالب کلاه خسروی به
Xoşdur yüz qalpaqdan bir şah papağı,Yüz iti qılıncdan fikrin bıçağı.
به رایی لشگری را بشکنی پشتبه شمشیری یکی تا ده توان کشت
On adam öldürər bir qılınc əgər,Düşüncə ordunu salar dərbədər.
چو آگه گشت بهرام قویرایکه خسرو شد جهان را کارفرمای
İradəli Bəhram aldı bir xəbərKi, olmuş Xosrova qul çox ölkələr.
سرش سودای تاج خسروی داشتبه دست آورد چون رای قوی داشت
Başına dolmuşdu şahlıq həvəsi,Bu işdə yar oldu öz iradəsi.
دگر کاین تهمتش بر طبع ره کردکه خسرو چشم هرمز را تبه کرد
"Hürmüzün gözünü kor edib" deyəXosrova şər atıb saldı fitnəyə.
نبود آگه که چون یوسف شود دورفراق از چشم یعقوبی برد نور
Bilmirdi Yusifi düşərsə kənarYəqubun gözündən nuru aparar.
به هر کس نامهای پوشیده بنوشتبر ایشان کرد نقش خوب را زشت
Məktublar göndərdi hər yana gizlin,Orda gözəl nəqşi göstərdi çirkin:
کزین کودک جهانداری نیایدپدرکش پادشاهی را نشاید
"Bu uşaq şahlığı anlayan deyil,Şah olmaz atanı öldürən qatil...
بر او یک جرعه می همرنگ آذرگرامیتر ز خون صد برادر
Onunçün bir içim od rəngli çaxırYüz qardaş qanından daha yaxşıdır.
ببخشد کشوری بر بانگ رودیز ملکی دوستتر دارد سرودی
Bir çalğı səsinə verər bir ölkə,Ona nəğmə xoşdur bir eldən bəlkə.
ز گرمی ره به کار خود نداندز خامی هیچ نیک و بد نداند
İşdən soyumuşdur qızışdığından,Xamdır, bilməz nədir yaxşı və yaman.
هنوز از عشقبازی گرم داغ استهنوزش شور شیرین در دماغ است
Ürəyi sevgidən çarpaz dağlıdır,Şirinin saçına könlü bağlıdır.
ازین شوخ سرافکن سر بتابیدکه چون سر شد سر دیگر نیابید
Bu baş vuran şuxdan üz döndərin siz,Başınızı vursa nə edərsiniz?
همان بهتر که او را بند سازیمچنین با آب و آتش چند سازیم
Yaxşısı budur ki, onu həbs edək,Bu odla, bu suyla necə yol gedək?
مگر کز بند ما پندی پذیردو گر نه چون پدر مرد او بمیرد
Bəlkə bu tənbehdən bir öyüd ala,Almaz, atasıtək ölər bir yola.
شما گیرید راهش را به شمشیرکه اینک من رسیدم تند چون شیر
Siz qılıncla onun yolunu kəsin,Mən şirtək gəlirəm, siz də tələsin!"
به تدبیری چنین آن شیر کینخواهرعیت را برون آورد بر شاه
Rəiyyəti şahın üstünə saldı,Bu tədbirlə o şir qələbə çaldı.
شهنشه بخت را سرگشته میدیدرعیت را ز خود برگشته میدید
Şahənşah gördü ki, bəxti yatmışdır,Xalq üz döndərmişdir, onu atmışdır.
به زر اقبال را پرزور میداشتبه کوری دشمنان را کور میداشت
Qızılla bəxtinə qüvvət verirdi,Pulla düşməninə güc göstərirdi.
چنین تا خصم لشگر در سر آوردرعیت دست استیلا بر آورد
Bir gün düşmən gəlib saraya çatdı.Rəiyyət əlini taxta uzatdı.
ز بیپشتی چو عاجز گشت پرویزز روی تخت شد بر پشت شبدیز
Pərviz yalqız qalıb sıçradı birdənŞəbdizin belinə təxtin üstündən.
در آن غوغا که تاج او را گره بودسری برد از میان کز تاج به بود
Düşündü ki, tacdan baş qiymətlidir,Çıxdı aralıqdan, düşmədi əsir.
کیانی تاج را بیتاجور ماندجهان را بر جهانجوی دگر ماند
Kəyan təxti-tacı sahibsiz qaldı,Başqa bir cahangir dünyanı aldı.
چو شاهنشه ز بازیهای ایامبه قایم ریخت با شمشیر بهرام
Zəmanə Xosrova olmadı pənah,Bəhram qarşısında məğlub oldu şah.
به شطرنج خلاف این نطع خونریزبه هر خانه که شد دادش شهانگیز
Müxtəlif şətrəncdə qanlı zəmanə"Şah!" dedi Xosrova, vermədi xanə.
به صد نیرنگ و دستان راه و بیراهبه آذربایگان آورد بنگاه
Yüz hiyləylə qaçıb o yan-bu yana,Yetirdi özünü Azərbaycana.
وز آن جا سوی موقان کرد منزلمغانه عشق آن بتخانه در دل
Sızlayan könlündə Şirinin dərdi.Birbaş Muğan deyib atı döndərdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-34
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
در آمد باربد چون بلبل مستگرفته بربطی چون آب در دست
Хосров и Ширин, глава 51Лишь из кармана тьмы явился месяц,— горыПрикрыли им чело, явив свои просторы,
Хосров и Ширин, глава 52Шапуру вымолвил однажды властелин:«Доколе тосковать я должен по Ширин?
Хосров и Ширин, глава 53Серебряный кумир был весь исполнен гнева.Подобная пери, в шелках шуршащих дева,
Стихи других поэтов · Хвалебные
Eşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,
Birdi, birBizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir,Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir.
NizamiNizami, sən neçə şah yola saldın,Kamal dünyasının şahı sən oldun.
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?