Bu taxt üstündə əyləşənNazənin cavana baxın;Gül üzü qönçələnib,Gəlibdi xəndana, baxın;Şölə verir, işıqlı nur,Mehri-dirəxşana baxın;Qaməti, şirin diliDurubdu mərdana, baxın;Bir belə gözəl hanı,Axtarın, hər yana baxın.

Onun tamam nişanasıTəşbehdi Cənnət bağına;Düzülübdü, diş yaraşırOnun əhmər dodağına;Maşallah, səd afərinDeyin ayna qabağına;Qüdrətdən nəqş olunubXallar büllur buxaqma;Buna nəzər qılın, həmiCənnəti-Rizvana baxın.

Deyirlər ki, behiştdə varƏsas huri, həm mələk;Bunun bərabəri, yəqin,Tapılmaz orda biz deyək.Qədəmlərinə canlarıTutub sədəqələr verək;Açsınlar behişt qapısın,Baxıb, gözəllərin görək;Oradakı huriyə, həmBeylə gözəl cana baxın.

Sallanıb tovuz kimiHərdən çıxanda seyrana;Məxluqata şur salır,Dolanır bir ağayana;Xoşqədəm, ol möhtərəmQəsd eyləyir bu cahana;Huş gedir, fikir çaşır,Ağıllar olur əfsanə;Haqq özü deyir, gəlin,Bir belə insana baxın.

Novrəs İman, aşikar,Budur sözünün binası;Fərəhlənsin, inciməsinBu sözdən ata-anası;Baxanda gül camalına,Ollam alışıb yanası;Məhəbbətində cəm dolurŞərimə eşqin havası;Məni yara həsrət qoyanGərdişi-dövrana baxın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов