Ərşin sütununda, mehrac evindəAdəmi yazdılar haraya qərəz?Mən aşığam haraya,Səda gəldi haraya.Buyurdu Cəbrailə,Təklif oldu hər aya.Üç min kəlmə gəldi ol Mustafaya,Sürdü səməndini haraya qərəz.

İbtida katiblər ayə yazdılar,Külli-kainatı ayə yazdılar.Mən aşığam, yazdılar,Oxudular, yazdılar.Əmr olundu Osmana,Ol Quranı yazdılar.O kim idi, mənəm, mənəm söylədi,Saldılar şahpərin haraya qərəz?

Al əlinə mərd iyidin əlini,Sərdar gördüm Şahi-Mərdan Əlini.Mən aşığam, Əlini,İsmi heydər Əlini.Darda çağır harayaŞahi-Mərdan Əlini.Novrəs İman, üzmə haqdan əlini,Çəksələr də səni haraya qərəz.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов