Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab
Страница 1 из 3
İranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.
Əş’ar
Fəna hala düşmüş diyari-Əcəm,
Pozulmağdadır rəsmi-talari-cəm.
Düşüb şeşdəri-mətə iraniyan,
Təzəlzülpəzir oldu taci-Keyan.
Əsir baği-İranə badi-səmum,
Solub gül, yaxınlaşdı əyyami-şum.
Ələm saçdı gülzarə sərdari-ğəm,
Hanı əndəlibi-nəsibi-şiyəm?
Əcəlzar olubdur xiyabani-bağ,
Xəlayiq olur lalətək sinədağ.
Ələmpaş məhnətdi səhni-bahar
Gülüstani-İran olur şurəzar.
Olur xakə məhkum sərvi-çəmən,
Gəzir əndəlibanə zağu zəğən.
Hökumət həyula, xəlayiq zəbun,
Məmalik pərişan, ələm sərnigun.
Tutub qəbzeyi-kari hər natəmiz
Qoparmışlar İranda bir rəstəxiz.
Nə məclis, nə şura, nə bir əncümən,
Bu darüssurur oldu darülməhən.
Səni kim qılıb belə matəmsəra?
Nə aləmdi bilməm, bu nə macəra?
Necə qalmayım dami-heyrətdə mən,
Ki, sən xaki-xun içrə aludəsən?
Siyəhpuş məhnətdi iraniyan
Bu nə qəmdir, ey noərusi-cahan?
Nə tez cami-alami nuş eylədin?
Nə tez milləti nilipuş eylədin?
Nə tez söndü simayi pürzinətin?
Hanı məclisin, noldu hürriyyətin?
«Musavat» ilən qıldın islahi-hal?
Dəmi-«Sur» ilən məhv olub qilugal
Hanı «Sur», nərdə musavatiyan?
Fəramuş olurmu Cahangir xan?
Səida, göz aç, çox da xab eyləmə,
Səfayi-behiştə şitab eyləmə!
Dönüb bax bu İrana, ey namurad,
Vətən getdi, məhv oldu ədlilə dad.
Rəqib oldu həmxəlvəti-vəsli-yar,
Gəzir millətin indi əğyarvar.
Səfayi-behişti fəramuş qıl!
Turabi-məzarı dərağuş qıl!
Ki, ol xakin hər qəbzəsi xundur
Ki, xuni-mücahidlə mə’cundur.
Nikul etmə, əhdində ol payidar!
Məzar içrə ol xaki qoy yadigar.
Qiyamətdə baş qaldır ol xakilən,
Bu xaki apar sineyi-çak ilən.
Rəsuli-xudaya ver ol türbəti,
Ona ərz qıl satdılar milləti.
Qıl izhar: olmuş vətən çak-çak.
Müsəlmana qalmış bu bir qəbzə xak.
Səri-karı tutduqca divanələr,
Yetir rə’si-məqsudə biganələr.
Müxənnəslər olduqca məsnəd nişin,
Qalır mübhəmiyyətdə şər’i mübin.
Bu mollanüma, sər-səfidan dun
Qılır taleyi milləti vajikun.
Əsayi mürəssə, əbayi diraz,
Mühilani-bədfitrətü firqəbaz
Bacardıqca rəngin edib caməsin,
Böyütdükcə fərqində əmmaməsin,
Edib böylə tərvic şeytanlığı,
Kənarə buraxmış müsəlmanlığı.
Çıxıb da həyasızlar imandan,
Nələr gör çıxarmışla qur’andan?!
Deyib olsa məşrutə İranımız,
Olur bərhəm islamü qur’anımız.
Ey alimnümayi-həmaqətşüar,
Edərdin bu İran ilə iftixar.
Cəhalətdə qoydun müsəlmanını,
Biyabanə döndərdin İranını.
Çıxıb yerdən əflakə fəryadü ah!
Nə qıldı sizə milləti-bikünah?
Əya, sinfi-biar, alimnüma,
Əya, xirqəpuşanü, qəlyanü cay!
Dəxi salma islamə zəncirini,
Dəxi qurma bu dami-təzvirini!
Vətən getdi, qalmışla tədbirsiz,
Əsiri burax sən də zəncirisiz.
Vətən getdi, millət qalıb lailac,
Qıl insaf, gəl sən də zənciri aç.
Cahanda nə olmuşdu təqsirimiz
Ki, məhvi-cahan oldu təsvirimiz?
Gedir şə’ni-kaşaneyi-Pişidad,
Hanı ol tacidaran valanəjad?
Gəlib görsün İranı darülədəm,
Bu əhfadı qılmışlar əshabi-qəm.
Bu mə’murəni kimlər etmiş xərab?
Hanı ol Kəyumərsi-alicənab?
Hanı şah Təhmurəsi-karsaz?
Firudinu, Huşnəgü ahəngüdaz?
Hanı şah Cəmşid, sahib hünər,
Mənuçehr, soltani-Keymürğvər?
Hanı Zal tədbiri-Turanbəxş,
Hanı Rüstəm, ol puri-ərbabi-Rəxş?
Ki, İran üçün tökdü göz yaşını,
Salıb xakə öz oğlunun başını?
Hanı Tus, Kamusi-kərdünrikab,
Hanı nozəru rəzmi-Əfrasiyab?
Məzari-niyakani-əhdi-Keyan
Olur ibrətəfzayi-iraniyan.
Hanı heybəti-Kiyvi-sahibsənan?
Səyavuşu-Kavusu-Mazandaran?
Hanı Keyqubad, ol cahankəşti-pir,
Firupərzi-zərqam, küdərzi-sir?
Hanı tacidarani-qanunküzar,
Keyəxsar, Fərhadu İsfəndiyar?
Hanı Bijən, ol cam keytinümay.
Fəramərzu, Darabu, Bəhmən, Humay?
Göz açmazmı darayi-afaqgir?
Yaxınlaşdı can versin İrani-pir!
Fəramuşdur əhdi-Sasaniyan,
Bu əhd üzrə kimlər qalır hökmran?
Hanı şah Şapur, kərdunşikəst,
Hanı Ərdəşir, ol təməddünpərəst?
Bu əhvala qəbr içrə Tur ağlayır,
Məzarında Bəhram-gur ağlayır.
Hanı bəs ədalətli Nuşirəvan?
Gəlib baxsın İrana qılsın fəğan.
Hanı şah Mahmud, sahib kamal,
Hanı ol sahibi çaru vala cəlal?
Hanı Nadir, ol şahu valahəşəm?
Vətən getdi, qoysun rikaba qədəm.
Rəzalətlə təzkar olur adımız,
Yavuqdur yıxılsın da bunyadımız.
Gəlib gör riyakar zahidləri
Ki, təkfir edirlər mücahidləri.
Bu əşrarı birövnəgü biədəb,
Verirlər müsəlmana babi ləqəb.
Şəriət gedib əldə bid’ət qalıb,
Nə iman, nə məzhəb, nə qeyrət qalıb.
Behişti verən millətə puldur...
Pul olsa hamı cürm məqbuldur.
Pul olsa ibadətdi ətvari-zişt,
Pulun yoxsa olmazsan əhli-behişt.
Müsəlmansan ağaya versən təam,
Təam olmasa küfrsən, vəssəlam!
Axunda əgər gəlsə çayüçilov,
Olur şövqilə millətə pişrov.
Evində əgər görsə boş sufrəni,
Yəqin eylə islam bilməz sani.
Edər xəttini gündə dörd yol xəzab
Olur gündə on siğədən kamiyab.
Fəqirin pulun əxz edir biyəya,
Yaxır şövqilən bollu rəngühəna.
Ucalmış görüb xalqın əfqanını
Ucaldır fəqət sovti-qəlyanını.
İnanma ki, daim verir xəlqə pənd
Bunun dini, imanıdır kəllə qənd.
Cənab axund olsa çün xərsuvar,
Alır dövrəsini xalq şəhzadəvar.
Sürüb eşşəyi küçədə naz ilən,
Səlamı alır nazik avazilən.
Axundun əli kəf dutur busədən,
Utanmır bu ətvari-mənhusədən.
Xəlayiq uzaqdan olur xaksar,
Kimisi ulağın inanın dutar.
Axund eşşək üstündə bililtifat,
Motal tək çəkib peysərin qat-qat.
Axund hər zaman kim başın tərpədir
Ulağın yatıb qarnı yerdən gedir.
Girir taki bazarə baehtişam,
Əyağa durur, baş əyir xasü am.
Dalınca çəkib məscidə mərkəbi,
Yetişəcək camaat dutur mərkəbi.
Edib kibrli səcdəgahə nüzul,
Rüku’ə, sücudə verir xeyli tul.
Açan kimi mehrabda caynamaz,
Durur əksəri-xalq bidəstəmaz.
Namazın qurtardı çıxır münbərə,
Qılır və’z biçarə mə’minlərə.
Qılır münbəri-pakı biehtiram,
Qılır xalqı hər ləhzədə ittiham.
Dünən istəmiş olsa bir övrəti,
Bu gün siğədən başlayır söhbəti.
Kişi sağ olarsa alır dövlətin,
Ölən kimi siğə qılır övrətin.
Bilir müslümün irzü malın halal,
Söyür xalqı şəhr üzrə biğeyli-qal.
Dedikcə qayırma rəvayətləri,
Salır damə bisahib övrətləri.
Səida, qələmdə nə cür’ətdi bu?
Yəqin et ki, bicə kitabətdi bu,
Açılmışsa gər çeşmi bu millətin
Qılar hifz min bəd heysiyyətin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-bedbext-milyoncu-yaxud-rzaqulu-firengimeab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.
BağdadGəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.
DürrətülbağdadFəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. Axşam qaranlığı idi. Hansı tərəfə gedəcəyini bilmirdi. Bağdadda yaşadığının ikinci gecəsi idi. Heç yeri tanımırdı. Qəsrin qərb tərəfindəki meydançada yüzlərcə ağ uzunqulaqların durduğunu görürdü. Uzunqulaqların hər birisinin yanında bir nəfər qara qul durmuşdu. Hər kəs hansı tərəfə getmək istəyirsə, onlardan birisini kirayə edib minib gedirdi.Fəxrəddin qara qullardan birisinə yanaşaraq soruşdu:
Dilənçi xəlifələrGünorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər.Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi:
Стихи других поэтов
Rüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
بود محال مرا داشتن امید محالبه عالمی که نباشد همیشه بر یک حال
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Təcnis: Ey sevdiyim, məni astanəndənEy sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ