Страница 1 из 2

Cənubi Azərbaycan. Şimalda Araz çayı, cənubda qarlı dağlar, dumanlı təpələr. Araz çayından cənuba doğru uzanan yolun ortasında bir və ikimərtəbəli damlar görünür. Mülkədarın yaşadığı binanın qarşısı. Uzaqdan top və tüfəng atışmalarının səsi gəlir. Yük daşıyanlar bir-birinin yanına düzülüb keçir.

Mülkədarın silahlı adamları binanın ətrafında gəzişir.

Hacı Salman — (yük daşıyanların yanınca Hacı Mehdi ilə bərabər söhbət edə-edə gəlir) Yox, belə olmaz! Hacı Mehdi ağa, bu məmləkətdə ticarət etmək mümkün olmayacaq.

Hacı Mehdi — Nə kəndlisində hörmət, nə də fəhləsində sədaqət var.

Hacı Salman — Necə yə’ni kənd ağasına bəhrə vermərəm?! Bunu harada demək olardı? Kimin əqlinə belə söz gələrdi?!

Hacı Mehdi — Xalqa xəstəlik düşüb, bizi allahın bəlası tutub. (Top-tüfəng səsləri eşidilir). Bir tərəfdən mal qalıb yağışın altında, bir tərəfdən top-tüfəng səsləri dünyanı titrədir. Bircə bu malları tez Təbrizə çatdırsaydıq, min yaşardıq.

Hacı Salman — Hacı Mehdi ağa, burada yubanmaq xətadır. (Yük daşıyanlara) Əminiz qadanızı alsın, bir az tərpənin!

Hacı Mehdi — Başınıza dönüm, bir az cəld olun, ölmürsünüz ki?

Hacı Salman — İtiniz olum, cəld olun! Biz kafir deyilik ki! Görürsünüz, mal qalıb yağışın altında.

Hacı Mehdi — Qurbanınız olum, qıvraq olun!

Hacı Salman — Ayağınız altında qurban kəsilim, cəld olun!

Mülkədarın silahlı nökərləri özləri ilə bərabər bir dəstə qadınları, qızları və qocaları qabaqlarına qatıb gətirir.

Əlidadaş — (əlində tüfəng xalqı vurur). Atam, çəkilin, gedin, qardaş, çəkilin gedin! A balam, meymun oynatmırıq ki, siz heç dustaq görməmisiniz? (Dustaqları mülkədarın qapısında saxlayırlar). A gədə, bu mallar inqilabçıların deyil ki?

Hacı Salman — Allah eləməsin inqilabçıların olsun, Hacı Mehdi, nə inqilab?

Əlidadaş — Söz soruşuram, mallar kimindir?

Hacı Mehdi — Hacı Mehdi ağa Küzəkünaninin.

Hacı Salman — Hacı Salman ağa Şəşkilaninin.

Mülkədar — (gəlir) Hanı böyük bir kəndin adamı?

Əlidadaş — Yeriyə bilən hər kim var, gətirmişəm. Kənddə ancaq qocalar, körpələr və xəstələr qalıb.

Mülkədar — Bəs bu arvadların ərləri haradadır? Köpək oğlunun kəndi, arvad kəndi olmadı ki?

Əlidadaş — Əlinə tüfəng götürən, balta götürən Səttar xanın köməyinə gedib.

Mülkədar — (həyəcanla) Səttar xanın köməyinə gedib? Bəs hanı o köpəyin qızı? Tutub gətirə bilmədinmi?

Əlidadaş — Ağanın başı üçün, özü kimi haramzada yoxdur, tutmaq mümkün olmadı. Davatkəroğlu bir neçə tüfəngli götürüb dalınca getdi.

Mülkədar — (kəndli qadın və qocalara) Mən təbiətcə inqilabçıyam. Qan tökülməsinə də razı olmaram. Lakin təbiət siz kəndliləri alçaq yaradıb.

Əlidadaş — Alçaq da var, alçaq da var. Daha beləsi yox axı?!

Mülkədar — Mən sülh etmək üçün sizin yanınıza gəlmişdim. Lakin siz sülh etmək istəmədiniz, ərlərinizi, oğlanlarınızı Səttar xanın köməyinə göndərdiniz.

Əlidadaş — (uzağa baxır) Odur Zeynəbi gətirirlər.

Zeynəbi gətirirlər. Həyəcan başlanır. Hamı Zeynəb gələn tərəfə baxır.

Mülkədar — Arvadları kişilərindən dikbaş haramzadalar.

Camaat hər tərəfdən tamaşa üçün yığılır.

Əlidadaş — (camaata) Atam, çəkilin! Qardaş, çəkilin! A balam, heç qaçaq görməmisiniz?

Davatkəroğlu bir neçə nəfərlə Zeynəbi kişi paltarında ayağında dolaq və çarıq, qolları bağlı, saçları dağınıq halda gətirirlər.

Davatkəroğlu — (Zeynəbi mülkədarın ayaqlarına atır) Ağanın başı üçün, bunu tutunçaya qədər canım boğazıma gəldi, necə yerdə qaçsa yaxşıdır?

Əlidadaş — (Davatkəroğluna) Üzünü niyə bağlamısan?

Davatkəroğlu — Sən öləsən, haramzada köpəyin qızı tüfəngin qundağı ilə az qala beynimi dağıtmışdı.

Mülkədar — Eybi yoxdur, o öz cəzasına çatacaqdır.

Zeynəb — Siz cəza vermək üçün yaranmışsınız, əlinizdən yaxşılıq gəlməz.

Mülkədar — Dayan, dayan, səni dilindən dara çəkdirəcəyəm!

Zeynəb — Mənim üçün ölüm qorxulu deyildir. Onsuz da dirilikdən bir şey görmədik. Amma alçaqlar əlində ölmək qorxuludur. Sizdən hər bir alçaqlığı gözləmək olar.

Davatkəroğlu — (Əlidadaşa) Bunun dilinə bir bax!

Mülkədar — Bu haramzadanı aparın Təbrizə. Orada asdıracağam. Qoy Səttar xan gəlib harayına çatsın. Bunları isə kənddən sürgün edin!

Davatkəroğlu — Bax belə ha!

Mülkədar — Evlərini yandırarsınız! Var-yoxlarını qarət edərsiniz! Aparın! Sən buradan uzaqlaşma, bir hadisə üz versə, mənə tez xəbər ver.

Mülkədarın adamları kəndliləri aparırlar.

Dilruba — Zeynəb!

Zeynəb — (Dilrubaya) Qaç kəndə, qarı-qocaları evdən çıxarın, uşağıma sahiblik elə...

Dilruba — Nigaran qalma, Zeynəb! (Getmək istəyir).

Zeynəb — Dayan, Dilruba! Əhvalatı qardaşıma yaz, Qüdrətə. Bakı, Ramana mə’dənləri... Özün də çıx get Bakıya. Səni burada dinc qoymazlar.

Dilruba — Yaxşı. (Gedir).

Davatkəroğlu — (Əlidadaşa) Əlidadaş, qızı yaxşı nişanla, hər necə olsa, tutdurub gətirməlisən. Yaxşı bax! Aparın...

Mülkədarın adamları Zeynəbi aparırlar.

Hacı Mehdi — Bax, bu cürə adamlar xalqın evini yıxır. Anbarların qapısını bağlı, dükançının tərəzisini, bəzzazın arşınını tozlu qoyan bunlardır.

Hacı Salman — (onu dümsükləyir). Gədə, Hacı Mehdi, yan-yörənə mültəfit ol!

Hacı Mehdi sözünü dəyişir.

Hacı Mehdi — Hə də. Məgər belələrinin evini yıxan eləliləri deyilmi? Dükançının tərəzisi, bəzzazın arşını, anbarın da ki, qapısı var.

Davatkəroğlu — (onlara) Necə, necə?!

Hacı Salman — Hə də... Biz tacirik, o mülkədar. Mülkədar bilər öz rəiyyəti... Tacir bilər öz müştərisi... Nə qiymətə keyfi istər, o qiymətə də satar.

Hacı Mehdi — Əlbəttə ki... Qol rəiyyətin, kəndir ağanın, bağlar da özü bilər, açar da özü bilər.

Davatkəroğlu gəzişir.

Hacı Salman — (sözünü dəyişir). Hə də... Biz belə-belə işlərə qarışmaqdan ötrü qan tökməmişüx ki?

Hacı Mehdi — Belə ha, bıçaq qəssabın, dəri qoyunun, soyar bizə nə, soymaz bizə nə...

Hacı Salman — Vəssalam, şüd tamam. Göy allahın...

Hacı Mehdi — Yer üzü padşahın...

Hacı Salman — Torpaq mülkədarın!

Hacı Mehdi — Ticarət də bizim...

Davatkəroğlu — Burada dayanmayın. Gedin dünyanı başqa yerdə bölüşdürün.

Hacı Salman — Baş üstə. (Gedərkən) Allah allahdır, padşah padşahdır... (o tərəf-bu tərəfə baxır).

Hər ikisi — İnqilab da inqilab.

Yük daşıyanlar — (şələ altında danışa-danışa keçirlər.) Bu yer çox qocadır, qanlarla yazılan tarixi vardır:
Əyridir əzəldən fəzanın qəddi,
Ölümdür həyatın yaxın sərhəddi...

Hacı Mehdi — (sözünü dəyişir). Atam, demirsiniz inqilab eliyax, gəlin eliyax da... (Hacı Salmana). Gədə, niyə danışmırsan, inqilabçısan ya yox?!

Hacı Salman — (başqa bir adam keçdiyini görüb ehtiyatla danışır) Olaram da, olmaram da, kimə nə dəxli var?! Niyə axı olum, niyə axı olmayım...

Hacı Mehdi — Belə ha. Amma bə şərti ha, bə şüruti ha! Malımı da daşıtdıracağam, ticarətimi də eliyəcəyəm. İnqilabımı da eliyəcəyəm!

Hacı Salman — Taxılımı da anbarıma dolduracağam...

Hacı Mehdi — Qəndimi, çayımı, istiyotumu, darçın-zəncəfilimi də satacağam. İnqilabımı da...

Hacı Salman — Gələn var!

Hacı Mehdi — Əksinqilabımı da eliyəcəyəm...

Hacı Salman — Niyə də inqilabçı olmayım axı?! Bəs nədən ötrü qan tökmüşük!

Hacı Mehdi — Namazımı da qılacağam, oruçumu da tutacağam...

Hacı Salman — Kərbalama, Xorasanıma, Məkkəmə də gedəcəyəm...

Hacı Mehdi — Barakallah! Eyni zamanda inqilabımı da eliyəcəyəm.

Hacı Salman — Canım ağzımdan çıxana qədər inqilabçıyam.

Hacı Mehdi — Kəlməyi-şəhadətimi deyənə qədər inqilabçıyam. Niyə də olmayım axı?!

Hacı Salman — Olmasaq da ki, olmaz.

Hacı Mehdi — Olublar da.

Hacı Salman — Olacaqlar da.

Davatkəroğlu — (gəlir) Nə olacaqlar?!

Hacı Mehdi — Əksinqilabçı!

Davatkəroğlu — Belə ha...

Hacı Mehdi — Olmasaq da ki olmaz.

Hacı Salman — (o tərəfə-bu tərəfə baxır) İnqilabçıyam, amma bə şərti ha, bə şüruti ha...

Hacı Mehdi — Bəli, bə şərti ha, bə şüruti ha, ticarətimə ki, toxundun, daha mən yoxam...

Hacı Salman — Qəndimə...

Hacı Mehdi — Çayıma...

Hacı Salman — Daşıma!

Hacı Mehdi — Tərəzimə...

Hacı Salman — Daxılıma...

Hacı Mehdi — Taxılıma...

Hacı Salman — Anbarıma, ölçümə, arşınıma ki toxundun...

İkisi birdən — Biz xudahafiz! (hər ikisi səhnədən uzaqlaşır. Qüdrət və Tütünçüoğlu gəlib, çamadanları qoyub dayanırlar).

Qüdrət — On illər əvvəl gördüyüm yerlərdir. Qoçaman dağlar, bərəkətli düzlər, çiçəkli, səfalı çöllər... Eh, ilan kimi qıvrıla-qıvrıla axan Qanlıçay, bir ürəyi iki tərəfə parçalayan Araz çayı, sən nələr görmədin! Hansı qanlı hadisələrin şahidi olmadın?

Davatkəroğlu — Əmi oğlu, adını bilmirəm. Bura nitq yeri deyil, keçib gedin!

Tütünçüoğlu — Yol adamıyıq, qürbətdən gəlirik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов