Erməni məhəlləsində hücum hazırlığı
Страница 1 из 2
Artıq tərk-silah etmək və həbsə almaq məsələsi fikri tamamilə Helmi və Fovzi bəylərin yadından çıxmışdı. Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. Onlar ümumi qarət və kütləvi talana imkan tapa bilmədilər. Lakin tək-tək adamları tutub cərimələyir, qarət edir və malını aparırdılar.
Qoşun nəfərləri bazar əhlindən hər nə alırdılarsa, pulunu vermək istəmirdilər, onların ağzından söyüş və «gavur oğlu gavurə sözündən başqa bir söz eşidilmirdi.
Malı gedənlər və zərərdidələr qorxusundan baş komandanın yanina şikayətə gedə bilmirdi, çünki əlində qalan beş-üç tümən pulunu da ona verib çıxmalı idi.
Bəzən Helmi şikayətə gedənləri söyüb:
– Gavur karatal – deyirdi. – Elə bil ki, malını çar soldatı çalmışdır. Malını islam əsgərinin aparmasından şadlanmırsanmı?
Xalq daha şikayətə getmədi, qarətçilərə onların özləri cəza verməyə başladı. Hansı əsgər bir nəfər yerliyə təcavüz edirdisə, lazımi qədər döyüb silahını alırdılar. Bu barədə bütün adamlarımıza tapşırıq verdik. Nəhayət, iş elə bir şəkil aldı ki, atı və heyvanı alınanlar qışlaların ətrafında gəzərək, öz atını hansı əsgərin əlində görsə, dərhal tutub alırdı. Ələ keçməyən heyvanların siyahısını tutub Helmi bəyə göndərdik və təcili surətdə qaytarılmasını tələb etdik.
Helmi bəy mənə göndərdiyi məktubunda belə yazmışdı:
eMöhtərəm əfəndim! Təşəkkür olsun ki, aramızda olan bəzi anlaşılmaz məsələlər təsviyə olunmuşdur. Atlar məsələsinə gəldikdə onlardan bir neçəsini əsgərlər evlərinə qaçırmışdır, əldə olanlarını isə təhvil verməyə hazırıq».
Əldə olan atları təhvil verdilər və Təbriz xalqına toxunmayacaqlarına bir daha and içdilər.
ini)
Miss Hanna məni çağırmışdı, mən onun yanına axşam saat beşdə getdim. Vəziyyətini yaxşı gördüm, incəlik və gözəlliyi özünə qayıtmağa başlamışdı. Onun qoca xidmətçisi alman qadın da artıq mənə görünməkdən utanırdı, çünki keçən gün miss Hanna onun alman konsulu tərəfindən bura xidmətə göndərildiyini və özünün alman əks-kəşfiyyatına mənsub olduğunu mənə xəbər vermişdi.
Mən burada əhəmiyyət vermirdim, çünki onlar bu günə kimi bizim zərərimizə çalışmamışdı, hər haqda qız Təbrizdə qalmalı olursa, xidmətçi qadının buradan kənar edilməsi lazım gəlirdi.
Miss Hanna məni nə üçün çağırması barəsində danışdı:
– Onların məqsədi sabah səhər tezdən erməni məhlələrini qarət etməkdir.
– Nə üçün?
– Helmi deyir ki, ermənilər çar tərəfdarlarını öz himayələrinə alıb saxlayırlar. Lakin işin həqiqəti tamamilə başqadır. Hazırda Təbrizə gələn dəstənin məsarifi ümumi ordu büdcəsinə daxil deyildir, dəstə özünü cərimələr, yerlilərin yardımı, heç olmazsa, qarət və talanlar vasitəsi ilə idarə etməlidir.
– Sən bunu yəqin bilirsənmi?
– Mən buna inanmasaydım, səni yanıma çağırmazdım.
Miss Hannanın bu sözündən sonra təxir etmədən qalxdım, o məni saxlamaq istədi, şübhəsiz ki, özü haqqında soruşacaq idi, mən ona:
– Sən əmin ol ki, bir təhlükə baş verdiyi zaman səni müdafiə edəcəyəm, – dedikdə o mənim boynuma sarıldı və şadlığından ağladı. Mən oradan çıxıb evə gəldim, sərdar Rəşidə bu məzmunda təcili bir məktub yazıb bir nəfər mücahidlə göndərdim:
4Bizim barəmizdə olan sui-qəsdin müvəffəqiyyət qazanmadığı sizin nə kimi bir simaya malik olduğunuzu və nə kimi bir qüvvə daşıdığınızı bizə aydıncasına göstərdi. Biz həmin gecədən etibarən sizi bir İran nümayəndəsi kimi tanımamağa başladıq. Təbiidir ki, bu xəyanətinizə qarşı cəzasız buraxılmayacaqsınız.
Bu gün aldığım xəbərlərə görə, erməni xalqını talan etdirməyə icazə vermişsiniz. Siz bu məmləkətin valisi olduğunuz halda cErmənistanəın qarətinə soyuqqanlı bir tamaşaçı qalmamalısınız. Ermənilər də təbrizlidir, onların müdafiəsi bizim öhdəmizdədir. Biz bu saatdan etibarən bir nəfər erməninin zərərdidə olması məsuliyyətini sizin öhdənizə qoyub, sizi təxirsiz surətdə cəzalandıracağıqp.
Məktubu göndərdikdən sonra sərdar Rəşid məni telefona çağırıb dedi:
– Mən nə edə bilərəm? Helmi və Fovzi bəylər məni bir vali kimi tanımaq istəmirlər. Onlar mənə qulaq assaydılar sizin haqqınızda o ədəbsizliyi rəva görərdilərmi? Mənim əlimdə qüvvə yoxdur. Təbrizdə polis və yandarmın miqdarı yüz nəfərə çatmır, bunlarla böyük bir qüvvənin qabağına durmaq mümkündürmü?
Mən telefonla ona cavab verdim:
– Siz özünüzü bir İran valisi kimi göstərə bilsəydiniz, bir iranlı kimi bu ölkənin namusunu müdafiəyə qalxışsaydınız, biz sizi müdafiə etməzdikmi? Lakin siz bunun əvəzində bizi öz evinizdə tutub Helmi bəyin əlinə vermək istədiniz. Qısa deyirəm, siz bu saat He!miyə məktub göndərməklə qarətin qarşısını almalısınız. Əks-surətdə bu gecənin özündə sizi cəzalandıracağıq.
– Mən bunu bacara bilərəmmi? Bu iş mənim əlimdən gələrmi?
– İstəsəniz bacararsınız.
– Elə isə zəhmət çəkib bizə təşrif gətirin, burada danışaq.
– Vaxtım yoxdur.
– İcazə verin mən özüm gəlim.
– Gələ bilərsiniz.
İyirmi dəqiqə keçməmiş sərdar Rəşid avtomobil ilə gəldi, heç utanmadan mənim və Ninanın əlini sıxıb oturdu və hələ mən sözə başlamadan o:
– Sizdən çox üzr istəyirəm, – dedi, – ədəbsizlər mənim evimdə sizi təhqir etməməli idilər, lakin onlarda nəzakət olmadığını siz özünüz də bilirsiniz. .
Mən onun sözünü yarımçıq qoyaraq:
– Bu barədə danışmayacağıq, bu hadisə haqqında fikrim başqadır. Hələlik «Ermənistan» məsələsini danışmalıyıq, siz onlara bu məqsəddən daşınmaları üçün tələbat verməlisiniz.
Sərdar Rəşid bu məsələdən boyun qaçırmaq üçün:
– Cənab sərkar özü bilir ki, biz Rusiya və Osmanlı ixtilafında bitərəfik, biz Tehrandan icazə almamış bu bitərəfliyi poza bilmərik.
– Əcəba, siz məni və bütün Təbriz müdafiəçilərini evinizdə həbs etdirib qarətçilərin əlinə verdikdə Tehrandan icazə almışdınızmı?
– Bəndə sizə ərz elədim ki, o məsələdən mənim xəbərim yox idi.
– Bundan xəbəriniz yox idi, ağzınızın dediyi sözlərdəndəmi xəbəriniz yox idi? «Çox əhəmiyyət verməyin, o qədər də əhəmiyyətli adamlar deyil, komandan buyurduğu kimi baqqal-çaqqallardırə sözlərini siz demədinizmi?
– Mən bu sözləri sizin cəzanızın yüngülləşməsi üçün dedim.
– İndisə sizə Əbülhəsənbəy yox, bir bazar oğlu əmr edir, hər nə deyirəmsə götürüb yazın, onlara tələbat verin!
– Tələbatı yerinə yetirmək üçün qüvvə lazımdır!
– Sənin bazar oğlu adlandırdığın adam o qüvvəni sənə verər. Götür yaz! – Mən bu sözü deyib bir parça kağızı onun qabağına qoydum, qələmi mürəkkəbə basıb: – Buyur! – dedim.
O, qələmi alıb mənim ağzıma baxmağa başladı:
€Cənab Helmi bəy!
Bu gün aldığım məlumata görə Təbrizi işğal etmiş dəstəniz şəhərin erməni hissəsini qarət etməyə hazırlaşır. Buna görə də yerli hökumət buna imkan verməyəcəyini sizə bildirməklə, sizdən aşağidakıları tələb edir:
Erməni hissəsinin qarəti barəsindəki qərarınızı ləğv etməlisiniz.
Əsgərləri şəhər içərisinə buraxmamalısınız, əks surətdə onları həbs etdirəcəyəm.
cErmənistanə məhəlləsində bir nəfər müsəlman qadınını öz mənzillərinə çəkmək istəyən əsgərləri İran məhkəməsinə təslim etməlisiniz.
Təbriz xalqından alınan cürbəcür cərimələr qaytarılmalı və təzə qoyduğunuz 70 min tümən təzminat alınmalıdır, çünki Təbriz şəhərini müharibə ilə almamışsınız.
Yuxarıda göstərilən tələblər 24 saatın içərisində həyata keçirilməzsə, yerli hökumət məsuliyyəti sizin öhdənizdə qoymaqla, özünü azad hesab edəcəkdirmə.
Sərdar Rəşid bu cümləni yazmaq istəmirdi, buna görə də qələmi əlində saxlayıb:
– Ağa, belə bir sözü yazmaq olmaz! – dedikdə mən acıqlandım:
– Nə üçün də yazmaq olmaz?
– Siz bilirsiniz ki, biz məktubu Təbrizi işğal etmiş bir qoşunun komandanına yazırıq. Bir də budur ki, tələbat verildiyi zaman onun həyata keçə bilməyəcəyini də fikirləşmək lazımdır. Ağa, buyurun görək biz hansı bir qüvvəmizlə özümüzü azad hesab edə biləcəyik?
– Bizim bədbəxtliyimiz burasındadır ki, əcnəbilərə nökərçilik etməyə öyrənən sərdar rəşidlər və sairələr öz yerli qüvvəsinə inanmır. Hər nə deyirəm yazın! Bu məktubun arxasında möhkəm bir qüvvə durur, o qüvvə təşkil olunmuş xalqın qüvvəsidir!
Sərdar Rəşid hər nə ki, demişdim yazdı və özü də imzaladı, hökumətin möhrünü də kağızın altına qoydu.
Mən kağızı alıb öz adamlarımızla Helmi bəyə göndərdim, sərdar Rəşid isə bir daha acizcəsinə mənə müraciətlə:
– İndi bəs necə olsun? – deyə soruşduqda mən:
– İndi heç bir şey lazım deyil! Gedərsiniz. Onlar sizi öz yanlarına çağırsalar, getməkdən boyun qaçırmalısınız.
– Bu necə ola bilər?
– Olar, siz bir məmləkətin valisi kimi onlara deyirəsiniz ki, hökumət işləri ilə məşğulam. Gələ bilmərəm.
– Bəlkə, özləri mənim yanıma gəldilər?
– Qapıda adam qoyarsınız, onları içəri buraxmazlar, deyərsiniz ki, bir neçə gün vaxtım olmayacaqdır. Görüşü çox uzaq bir zamana təyin edərsiniz. Onlar nə hökumət qapısını, nə də sizin evin qapısını zorlayıb içəri girə bilməzlər. Hərgah belə bir hadisə baş verərsə, bizimkilər orada olacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ermeni-mehellesinde-hucum-hazirligi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,
MəktubCənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.
Bəyani-həqiqətGet, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.
Bilməli xəbərlərMəsələ*Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər?
Стихи других поэтов
Я ныне властитель державы любви!Тоска и беда — вот визири мои.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,