Üz-üzə
Страница 1 из 3
İnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.
Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o:
– Rica edirəm ziyafətə bir az vaxtından tez təşrif buyurasınız. Oturub bir az hazırkı vəziyyətlər haqqında söhbət edək. Xəyalınıza heç bir şey gətirməyin. Mənim evimdə sizə heç bir şey olmaz, – dedikdə mən fikrimi tamamilə dəyişdim, hər nə olur-olsun həmin qanlı və təhlükəli ziyafətə getməyi qərara aldım.
Lakin tədbirsiz getmək olmazdı. Gözləri və qolları bağlı düşmən əlinə keçmək cəsarət yox, anlamazlıq və sadəlik hesab olunur. Vaxt çox dar idi. Belə zamanlarda insan geniş bir surətdə düşünməyi də bacarmırdı. Hər halda, nə qədər düşünürsən düşün, iki işdən birisini qəbul etməlisən – onlardan birisi ölmək, ikincisi isə ölməmək üçün müdafiə tədbirləri tapmaq.
Tütünçüoğlu durub mənim çıxılmaz vəziyyətimə tamaşa edirdi. O mənim çətinlik çəkdiyimi hiss etsə belə, fikirlərimi dağıtmamaq üçün bir söz soruşmağa cəsarət etmirdi. Doğrudan da, mən çox dərin düşünürdüm. Düşüncə məni elə bürümüşdü ki, olduğum yerdə donub buza dönmüş adamlara bənzəyirdim. Mən ancaq bu gün diriliyin və ölümün nədən ibarət olduğunu lazımi qədər təyin edə bilirdim. Vaxtilə yanımızda yüzlərlə adamın bombalar, top güllələri, pulemyot və tüfəng güllələri ilə yerə töküldüyünü gördüyümüz zaman həm özümüz iqbala inananlar kimi düşünür, həm də yanımızdakılara müraciətlə: «Qorxmayın, hər güllə hər adama dəyməzlp deyirdik. Lakin bu gün ölüm gülləsinin mənim üstümə gəldiyini düşünərək özümü şaşırdım: eyni zamanda bu şaşqınlığın nədən irəli gəldiyini fikirləşir və təyin edirdim. Bu düşüncə həyatımın özüm üçün yox, başladığımız işlərdə lazım olduğu üçün idi, buna görə də həyatı mühafizə etmək üçün tədbirlər lazım idi.
Başımı qaldırıb Tütünçüoğluna dedim:
– Get gör Mahru xanım Ninanın yanındadırmı? Hərgah oradadırsa, Ninaya xəbər ver ki, Mahrunu da götürüb mənim yanıma gəlsin.
Tütünçüoğlu gedib beş dəqiqədən sonra qayıtdı və onların gəlməsini xəbər verdi. Düşüncələrim qismən dağıldı, sakit nəfəs aldım, düşüncələrimi müəyyən bir mərkəzə yığmağa və Mahru ilə danışacağım məsələləri planlaşdırmağa imkan tapa bildim.
Mahru ilə Nina içəri girdi. Nina mənim üzümə baxan kimi özümdə olmadığımı dərhal hiss etdi və mənə bir söz demədən Tütünçüoğlundan soruşdu:
Bunun yanına kim gəlmişdi?
– Heç bir kəs gəlməmişdi.
Məktub və sifariş gətirən olmuşdurmu?
– Xeyr!
– Telefonla danışmışmı?
Bu suala Tütünçüoğlu cavab vermədi, icazə istəyirmiş kimi üzümə baxmağa başladı, mənsə onu çətinlikdən qurtararaq:
– Bəli, telefonla danışmışam, – dedim.
Nina soruşdu:
– Kimlə?
– Sərdar Rəşid ilə.
Mahru bunu eşidərkən Ninanın danışmasına macal vermədən:
– Sizin yanınıza bunun üçün də gələcəkdim. O xainin sözünə baxmayın, yalvarıram sizə, o ziyafətə getməyin. Orada sizi məhv edəcəklər, – dedi və ağladı.
Nina da təbii halından çıxaraq, bir şey itirmiş adamlar kimi, otağı o tərəf-bu tərəfə dolanırdı. Mən Ninaya və Mahruya nəsihətverici bir halda dedim:
– O ziyafətə getmək təhlükəli olsa da, məcburən getməliyəm. Getməsəm onlar məni qorxaq və cəsarətsiz hesab edərlər. Salamat qalmaq üçün düşməndən gizlənmək bir çarə deyildir. Düşmənlə gec-tez qarşı-qarşıya gəlmək, məsələni həll etmək lazımdır.
Mahru yenə də:
– Sizi məhv edəcəklər. Rica edirəm getməyin, – dedi.
– Mahru bacı, siz kömək etsəniz, mənə heç bir şey etməzlər.
Mahru üzümə təəccüblə baxaraq soruşdu:
– Kömək etməyə imkan olsa, mən həmin köməyi sizdən əsirgərəmmi?
– İmkan vardır, Mahru! Hazırda siz çarşabınızın altında beş dənə əl bombası evinizə apara bilərsinizmi?
– Nə üçün də apara bilməyim! Onda bir çətinlik vardırmı?
– Siz həmin bombaları aparacaqsınız, çünki biz onları özümüzlə bərabər apara bilmərik. Ola bilər ki, üstümüzü axtarsınlar, buna görə də biz Əsədlə ziyafət salonuna girəndən sonra, Həsənağa qulluqçu sifəti ilə bizim paltolarımızı saxlayacaqdır. Siz apardığınız bombaları Həsənağaya verəcək, Həsənağa isə onları bizim paltomuzun cibinə qoyacaqdır, birisini isə özündə saxlayacaqdır.
Mahrunun gözündən sevinc yaşları axmağa başladı:
– Bunu bacara bilərəm. Həsənağa dəhlizdən girib həyətə getmək bəhanəsi ilə bombaları bir-bir məndən alıb paltoların cibinə qoya bilər.
– Hərgah bu vəzifəni yerinə yetirə bilsəniz, o zaman bizim məsələmiz yaxşılıqla həll ediləcəkdir.
– Heç də rahatsız olmayın. Mən sizin paltolarınızı tanıyıram. Palto saxlanan yerə özüm də girməli olsam, bombaları sizin cibinizə qoymağa söz verirəm. Lakin qorxuram sizi salonda məhv etsinlər, bombalar sizə kömək verə bilməsin.
– Elə şey ola bilməz. Orada bizi ancaq həbs edə bilərlər. Sərdar Rəşid nə qədər xain olursa-olsun, öz evində bizim edam edilməyimizə imkan verməz, çünki o, zahirdə özünü məmləkətin sahibi hesab edir.
Mahru ilə razılaşdıq, qərarlaşdıq, o bombaları götürüb getdi. Ziyafət gecə saat on birdə başlanacaq idi, ziyafəti gecəyə salmaqda məqsəd yaradacaqları hadisəni bir kəsə bildirməməkdən ibarət idi.
Biz hadisənin ziyafət süfrəsi başında həll edilməməsini zənn edirdik, hər halda onlar bizi xörəklə zəhərləyə bilməzdilər, çünki İranda adətə görə bir xonçada qoyulan xörəkləri bir neçə adam yeməli idi. Hərgah bizi içəridə məhv etmək istəsələr, o zaman ya boğmalı və yaxud güllə ilə öldürməli idilər.
Lakin biz həbs edilməkdən zərrə qədər qorxmurduq, çünki sərdar Rəşidin evinin ətrafında kifayət qədər adamlar qoymuşduq. Onlar bizi Helminin adamlarının əlindən xilas edə bilərdi, hadisə salonda baş verəcək olsa da, Mahru xanımın apardığı beş dənə əl bombası bizi qurtara bilərdi.
Bizim ziyafətə getməyimizə evimizdəkilər tərəfdar deyildi. Məşədi Kazım, Nina qapıları bağlayıb bizi dışarı buraxmaq istəmirdilər, nəhayət, mən:
– Tutaq ki, biz bu ziyafətə getməkdən boyun qaçırdıq, görək onlar bizim yaxamızdan əl götürəcəklərmi? – dedim. - Siz bilirsiniz ki, düşmən sənin qorxaqlığını hiss edərsə, daha da cürətlənər, öz addımlarını daha da qətiləşdirər.
Nina yenə də öz inadında davam edirdi. O ağlayır və yalvarır, mənim əlimdən yaxalığımı və qalstukumu alıb gizlətmək kimi xırda vasitələrə belə əl atırdı. Mən onu sakit etmək üçün:
– Nina, sən mənə mane olma, – dedim. – Sən Təbrizdə olan fəaliyyəti qorxaqlıqla başa çatdırmağımıza səbəb olma! Qoy, düşmənlə olan haqq-hesabımızı tez və namuslu bitirək.
Ninanın bu sözlərdən sonra əlləri boşaldı, inadı söndü, götürüb gizlətdiyi libasları və yaxalığımı özümə qaytardı, biz yola düşüb getdik.
Əökdki
Paltoları və qaloşları çıxarıb Həsənağaya tapşırdıq. Əsədlə bərabər salona daxil olduq.
Qonaqların hamısı ayaq üstündə idi, bunlar kiçik dəstələrə ayrılı» salonda söhbət edə-edə dolanırdılar. Gülənlər və bir-birinə pıçıldayanlar da var idi. Bir zaman ruslara yaxınlıq nişan vermək üçün rus dilinin qol-qabırğasını sındıranlar, indi də Helmi bəyə yaltaqlanmaq üçün həddindən artıq «iştə, şu, bir bucuq, yahu, əfəndi, yavrum, ağabəyim, validəm, babam? kimi sözləri aralığa fırladırdılar.
Biz içəri girən kimi sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbbətlə bizi qarşıladı:
– Tac-sərimiz bizim bu ziyafəti öz təşrifləri ilə müzəyyən buyurmuşlar – dedi və əlimizi sıxdı, eyni zamanda bizi Helmi və İbrahim Fovzi bəylərə təqdim etdi: – Şəhərimizin tacirlərindəndir, Əbdülhəsənbəy cənablarıdır. Sərkarın vücudu olduqca dəyərli və qiymətlidir, dostlarımızdandır. – Sərdar Rəşid məni onlara təqdim etdikdən sonra Tütünçüoğlunu da tanış verib dedi: – Bu da cənab Əbülhəsənbəyin qardaşı Əsəd ağadır. Əqilli və ədəbli bir cavandır.
Helmi irəli gəldi, o hələ mənə əl uzatmadan:
– Təbiri cayizsə bu da gizli hərəkət ordusu baş komandanının yavəridir, – dedi və mənim əlimi sıxarkən: – Ziyarətinizdən məmnun və məhzuz olduq - dedi.
Biz İbrahim Fovzi və onların iki nəfər gənc yavərləri ilə tanış olduq. Bizi məhv etmək üçün təşkil edilən bu ziyafət Təbrizdə gördüyümüz ziyafətlərin hamısından zəngin və təntənəli idi. Sərdar Rəşid Təbrizin ən gözəl rəqqasələrini, oxuyan və oynayanlarını bu ziyafətə çağırmışdı, qaraçı qızları tez-tez oynamağa və oxumağa çağrılırdi. İbrahim və Helmi tez-tez «Yahu, o çənganəni bura çağırsana ab – deyərək sərdar Rəşidin nökərlərinə əmr edirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-uz-uze
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cənab müdiri-möhtərəm! Piş əzvəxtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər e’lan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm, az qaldım özümdən gedib və bə’d qəşş eləyəm, və lakin bu qədər var bir məsəl var deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə rö’ya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim gördüm bir tap-tap gəlir, dedim ay uşax nə xəbərdir? Dedilər Molla Nəsrəddini döyürlər, haman səsə yuxudan bədxab oldum gördüm ay işığı evi mehtab eləmiş, hətta bura kimin, bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə, bir məsəl var deyərlər, o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım hətta bura kimi hansıki o qədər öskürdüm gözümün yaşı ab rəvan suyu kimi tökülməyə başladı. Onda gördüm qapı dəqqilbab olur. Dedim qapını dəqqilbab edən kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş bu səhərin sübh çağında nə vardır, neçün gəlmisən? Buyurdu səhv eləyibsən gecənin nisf şəbidir, hənuz sübh olmayıbdur. Dedim de görüm nə var, dedi de görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan ya yox? Ərz etdim yazacağam. Dedi yazgilən a rəhmətliyin oğlu sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar? Əvvəlinci nömrənizdə milləti ayıldanda, filənkəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan cinni olub indi saxlamaq olmur. Gah tumanını çıxarır atır, gah qurşağını açır, gah ayaqlarını yerə çalır. Hər tərəfdən əlac axtarıram, deyirlər kah filan keşişdədir, kah filan qaraçıdadır. Axırda bir pir əlmuş ovrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb davasını göndərəsiniz.
Elmi-nücumİcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.
Balaca felyetonBir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.
Qəlbim tutulmuşduYayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,
Стихи других поэтов
Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.