Страница 4 из 4 · 75%

Mən bu təklifi səsə qoyarkən Hacı Əli gülümsədi. Mən dərhal bu gülümsəmənin mənasını anlayaraq dedim:

– Hacı bu təklifə gülür, doğrudan da, təklif gülünc bir təklifdir. Çünki Hacı Əlinin Təbrizdə qalmaq təklifi səsə qoyulmadan da qəti səslə qəbul edilmişdir. Lakin öz təklifimi səsə qoymalıyam. Bir zaman bu təkliflərin hər ikisini də İran inqilabının tarixi qeyd edəcəkdir. Mən yenə də ümid edirəm ki, Hacı Əli ağa bu tarixi məsuliyyəti öhdəsinə götürməyə cəsarət etməz və mənim təklifimə səs verər.

Sözlərim fayda vermədi, mənim təklifimə səs verən ancaq İbrahimbəy Cahangirov, bir də Əmir Heşmət oldu.

Daha danışmadım. Onlar məni anlamadı, anlamaq da istəmədi. Onlar bilmirdi ki, burada oturanların məhvi İran inqilabını on illərcə geri ata bilər. Burada oturanlar yüz illərcə aparılan mübarizənin məhsuludur. Onlar yersiz olaraq müvəqqəti geri çəkilməyi öz rəhbərlik qürurlarına sığışdıra bilmirdilər. Halbuki siyasi mübarizədə yeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur.

İş bitdi. Bu söhbətlərdən sonra mən Əmir Heşmətə müraciətlə:

– İndi də sizin səfər planınız müzakirəyə qoyulmalıdır, – dedim, – hara və nə cür getmək istəyirsiniz?

Əmir Heşmət vaxtın azlığını nəzərə alaraq çox qısaca məlumat verdi:

– Biz buradan Urmi şəhərinə gedəcək, hərgah lazım gəlirsə, Türkiyə hüduduna keçəcəyik. Maliyyə vəziyyətimizin zəifliyini nəzərə alaraq nəzmiyyə əfradının hamısını köçürə bilməyəcəyik.

Mən Əmir Heşmətin bu fikirlərinə etiraz edərək:

– Belə bir fikir yaramaz, – dedim, – əvvələn, siz Urmi şəhərinə getməməlisiniz. Mənim konsulxanadan əldə edilən vəsiqələrlə təyin etdiyimə görə hazırda Urmi hakimi İclalülmülk yüz faiz rus tərəfdarıdır. Siz Urmiyə yetişən kimi tərk-silah etdiriləcək, çar agentləri əlinə veriləcəksiniz. Buna görə də siz Səlmas şəhərinə getməli, Saray təriqi ilə Türkiyənin Başqələ tərəflərinə keçməlisiniz. Maliyyə işinin zəifliyini nəzərə alaraq nəzmiyyənin bir hissəsini Təbrizdə buraxmaq fikrinizə gəldikdə isə bu tamamilə yanlışdır. Siz ya tamamilə köçməli, yainki tamamilə Təbrizdə qalmalısınız. Nəzmiyyəni tamamilə köçürməmək fikri maliyyə işinin zəifliyindən doğmuşsa, onu mən islah edərəm.

Maliyyə məsələsi ortalığa gəldiyi zaman iclasdakılar yenə sakitcəsinə durub gözlərini döyürdü. Canlarından artıq öz pullarının qeydinə qalanlar mənim nəzmiyyəyə maliyyə yardımı vermək təklifində bulunduğumdan qorxurdu. Onlar bir neçə gündən sonra bütün mallarının çar konsulxanasına, özlərinin isə dar ağacları altına çəkiləcəklərini bilmirdi. Nəhayət, mən onların pul vermək qorxusundan doğmuş həyacanını sakit elədim və Məşədi Kazım ağaya müraciətlə:

– Əmanətləri gətiriniz, – dedim.

Məşədi Kazım ağa qalxıb getdi. Mənim bu müraciətimdən iclasdakıların hamısı təəccüblü nəzərlərlə mənə baxırdı, çünki onlar inqilab təşkilatı əlində para vəsaitinin olmasından xəbərsiz idilər.

On dəqiqə keçmədən Məşədi Kazım iki min manat osmanlı lirəsi, beş min tümən gümüş pul gətirib Əmir Heşmətə təslim verdi.

– Bu az pul deyil, – dedim, – sizə yenə də lazım olduğu zaman yardım göstərəcəyik. Təşkilatı dağıtmayın. Çünki siz yenə də İrana qayıtmalısınız. Çünki İran əks-inqilabını himayə edən çar hökuməti öz içərisində çürüməkdədir. Salamat gedin! İran heç vaxt sizi unutmayacaqdır. Siz İran tarixinin qəhrəman adamlarısınız. Mənim salamımı təşkilatın bütün tərkibinə yetirin!

Vidalaşdıq. İbrahimbəy Cahangirovun dodaqlarından öpərkən qulağıma bu sözlər dəydi:

– Bir dəstə ilə gəlmişdim. Təkbaşıma qayıdıram. İran inqilabına verdiyim qurbanların içərisində gənc qardaşım Aydınpaşa da uyumaqdadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

III. Fabrik-zavod rayonuna

İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.

39 мин
IV. Brilyant sırğalar

Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.

17 мин
V. «Ərdəhan» gəmisində

«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.

16 мин
VI. Neft sənayesi milliləşir

Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.

12 мин

Стихи других поэтов