Müharibə hazırlığı
Bizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.
Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.
Azərbaycanın hər tərəfində basqınlar, yoölkəsmələr, qarətlər başladığından, çar konsulunun Mahmud xan və Qulusultanın ölüm səbəblərini aydın etməyə macalı qalmamışdı. İşlər belə olduğu təqdirdə konsulun qızını mənə və Ninanı da Mahmud xana vermək layihəsi də aradan qalxmışdı. Nina konsulxanadakı vəzifəsində çalışır və lazımi vəsiqələri vaxtında mənə gətirirdi.
Hacı Səməd xan evdə otururdu. O, ətrafına topladığı adamlar vasitəsilə basqınçılıq, özbaşınalıq fəaliyyətini gündən-günə genişləndirir, ölkəni gücdən salır və rus qoşununun bütün Azərbaycanı işğal etməsinə imkan və bəhanə yaradırdı. Səməd xan bu hərəkətləri ilə ruslara göstərmək istəyirdi ki, Azərbaycanda sülh və səlaməti təmin edə bilən bir nəfər varsa, o da ancaq özüdür. Lakin Səməd xan çox sadə, olduqca aydın bir işi anlamırdı və bilmirdi ki, rusların da istədiyi elə həmin bu qarışıqlıq və başsızlıqdır. Səməd xan bir kərə bunu başa düşmək istəmirdi ki, ruslar elə iğtişaşları yatırmaq bəhanəsilə də dövlətlərdən razılıq alıb Təbrizi işğal etmişdi.
Müharibə yaxınlaşırdı. Təbrizdə olan Abşeron alayı Türkiyə hüduduna aparılmışdı. Bunların yerinə yeni qoşun hissələri gətirmək üçün Tehran səfiri ilə Təbriz konsulu Orlov və Tiflis sərdarı Vorontsov-Daşkov arasında müzakirə gedirdi.
Belə hadisələr Xoy şəhərində də baş vermişdi. Oradakı Şirvan alayı və 21-ci topçu briqadası da Səlmas və Saray tərəflərində yerləşi» Anadoluya soxulmaq üçün əmr gözləyirdi. :
Hüduda aparılmış qoşunların yerini doldurmaq üçün hazırlıq getdiyi zaman, Səməd xan da ölkədəki qarışıqlıq alovlarının üzərinə yağ tökürdü.
Konsula gələn və konsuldan səfirə, səfirdən isə xariciyyə naziri Sazonova gedən teleqramların arası kəsilmirdi.
Təbriz konsulu Orlov Sazonova və surətini Tehran səfirinə və eyni zamanda Vorontsov-Daşkov, Xoy, Urmi, Savucbulaq, Ərdəbil konsullarına göndərdiyi 3512 nömrəli teleqramında yazırdı:
€Abşeron alayının Təbrizdən aparılması, seçkilərin başlanması işləri, əhalinin həyacanına səbəb olmuşdur.
Rus qoşununun İrandan çıxacağı şayiələri də aralıqda gəzir. Bu şayiələrə görə İrandakı rus qoşununun yerini İran fandarması tutacaqdır.
Bu şayiələrin bir səbəbi də, Hacı Səməd xanın istefaya çıxması və yerinə Tehrandan hakim gəlməsi xəbərləridir.
Belə şayiələrə arxalanan narahat ünsirlərin açıq çıxışda bulunması qorxuları da vardır.
Belə qorxular, əcnəbi himayəsində olanlar və xüsusən maliyyə işlərində çalışan belçiklərin xidmətində bulunanlar tərəfindən daha artıq gözlənir!. Bu xəbərlər Qaradağ və Savucbulaq tərəflərində daha pozucu təsir buraxa bilər.
Yerli qubermatorlar çıxışları sakit etmək üçün heç bir vasitəyə malik deyildir.
Belə şayiələri aradan qaldırmaq və əhalini qorxutmaq üçün Təbrizdə hərbi nümayiş keçirmək, küçələrdə qoşun gəzdirmək və qaubits? topları ilə hərbi təlim başlamaq lazımdır. Bu top mərmiləri verə düşdükdə bir safın dərinliyində çuxurlar əmələ gətirir. Bir də 1acı Səməd xana tapşırılmalıdır ki, yayılmaqda olan şayiələri rədd etmək üçün qəti tədbirlərdə bulunsun.
Orlov
" Çar konsulu Orlov çoxdan bəri Belçika maliyyə müşavirlərini maliyyə işləindən qovmaq, yerinə rusları təyin etməyi düşünürdü.
? İstehkam topları.
Təbrizdə yeni bir fitnə törətmək, xəyalına düşən çar konsulu, hərbi nümayiş vasitəsilə Əmir Heşmət üsyanının təzədən intiqamını almaq istəyirdi. Çünki o, dara çəkilənlərin və edam edilənlərin azlığından razı qalmamışdı.
Hələ bu çar çinovnikinin teleqramı Peterburq və Tiflisdə müzakirəyə qoyulmadan, Xoy konsulu da Orlovun teleqramını əsaslandırmaq üçün xariciyyə naziri Sazonova göndərdiyi 55 nömrəli teleqramı ilə xəbər verirdi:
€Şirvan alayının və 21-ci toplu briqadasının Xoy şəhərindən aparılması və Hacı Şücaüddövlə Səməd xanın dəyişilməsi şayiələri əhalinin həyəcanına səbəb olmuşdur. Bu kimi araqarışdırıcı xəbərləri əksəriyyətlə maliyyə işlərinə baxan belçiklər buraxır. Türklər də Urmi və Maku tərəfində çaxnaşmaqdadırə.
Makunu işğal etmək məsələsi bir neçə aydan bəri müzakirə edilirdi. Biz çar konsulxanası, habelə Amerika konsulxanası vasitəsilə əldə etdiyimiz teleqramlardan Maku məsələsinin həll olunduğunu zənn edirdik. İndicə bu məsələ ciddi bir şəkil almışdı, çünki Türkiyə ilə müharibə başlandığı təqdirdə, Maku xanlığının çar ordu hissələri əlində olması lazım idi. Bura əldə edilmədən rus ordusunun Bətlis, Alaşkərd, Adilcavad, Başqala və sair Anadolu şəhərlərinə soxulması çətin idi. Bütün bu cəhətləri nəzərə alaraq çar nökərləri, çar agentləri Maku xanlığı ətrafında fitnə törətmək və qoşun gətirilməsinə imkan yaratmaq üçün əllərindən gələni əsirgəmirdi. Maku xanı Murtuzaqulu xan İqbalüssəltənə isə çar diplomatlarının bütün fırıldaqlarını anlayırdı, O, ruslarla anlaşmaq istəsə belə, ruslar onunla anlaşmayacaq idi, çünki xanlığı işğal etmək və Maku kürdlərinin Türkiyə hərbi dairələrilə əlaqəsini qırmaq, ruslar üçün su və hava kimi mühüm idi.
Ortalıqda bu səbəblər durduğu halda, heç şübhə yoxdur ki, Maku xanı çar konsulu Alferovla sazişə girə bilməyəcəkdi. Makau ixtilafını həll etmək və xanlığın işğalına bəhanə yaratmaq məşhur çar agenti kürd Seyidbəyə tapşırılmışdı. Seyidbəy açıqdan-açığa fitnələr yaradır. Maku xanının təbəələrini incidir və ixtilafa zəmin hazırlayırdı.
Nəhayət, Seyidbəy Xoydan Makuya gedərkən, Makunun işini bitirmək üçün Morux adlı yerdə, Xoy konsulunun təyin etdiyi agentlər tərəfindən öldürüldü.
Xoy konsulu bu fitnəni yaratdıqdan sonra xariciyyə nəzarətinə və surətini Tiflisdə Vorontsov-Daşkova, Təbriz, Maku, Urmi konsullarına göndərdiyi 121 nömrəli teleqramında belə məlumat verir:
«Maku konsulu Alferovun arzusuna görə mən Seyidbəyə təklif etdim ki, Makuya məktub aparsın. Seyidbəy Morux kəndinin yanından keçirkən, yeddi adam üstünə düşüb onu öldürmüşdür. Öldürənlərin başçıları Bəhram ağa, Mirabdulla və məşhur Əlibəy adlı Maku kürdüdür ki, bunlar hamısı da Maku sərdarının yaxın adamları sayılir. Hamı bilir ki, Seyidbəy Maku konsulunun arzusuna görə Makuya gedirdi.
Maku sərdarı rus himayəsində olanlarla daima bu cür fəna rəftar etməkdədirə.
Bu teleqram vurulandan üç gün keçmişdi, mən miss Hannanın görüşünə getdim.
Bu gün onun bikar günü idi, evdə olduğunu bilirdim. Gedib danışdırmaq və nə törədiyini bilmək istəyirdim. O məni gördükdə:
– Bilirsənmi? – dedi.
– Xeyr, bilmirəm!
– Rəfizadə Təbrizdən qaçmışdır, konsulxanadan dalınca adam göndərdilər. Gəlib, onun ailəsilə bərabər köçüb getdiyini xəbər verdilər. Bilsən nə qədər şad oldum, neçə gündür ki, onun gec-tez işə gələcəyindən qorxurdum.
– Elə də olacaq idi.
– Bilsən mən nə qədər sevindim. Məni məhv edəcək sirlər örtülü qaldı. Mahmud xan və Qulusultan da öldürüldü. Bax mən nə qədər xoşbəxt bir qızam! Ancaq bilmirəm o qadınlar mənim sirlərimi bir kəsə açacaqlarmı?
– Əmin olunuz! Onlar özlərinin Mahmud xan və Qulusultanın öldürülmələri ilə əlaqədar olaraq dolaşa bilmələrindən qorxurlar, buna görə də bu sirri bir kəsə açmaz, zənnimcə, Təbrizdə yaşaya da bilməzər. Bunların hamısı keçib gedər, söylə görüm yeni nə xəbər var?
– Səni maraqlandıracaq bir xəbər...
– Siyasi hadisələrdən söylə görək!..
– Bu günlərdə Azərbaycanda yeni hadisələr baş verəcəkdir.
– Nə kimi hadisələr?
– Rus ordu hissələri Maku xanlığını işğal eliyəcəkdir.
– Haradan bilirsən?
– Tehrandan Peterburqa gedən və surəti Təbrizdəki rus konsulanasına göndərilən teleqram Amerika konsulxanası tərəfindən linmişdir.
Miss Hama bu sözdən sonra teleqramı gətirib göstərdi.
Tehran səfiri Korostovtsevdən Peterburqda xariciyyə naziri Sazonova.
Surəti Təbrizə 334 nömrəli teleqram...
1419 nömrəli teleqram alındı, Xoya və Makuya teleqram edirəm. Bu teleqramı rəhbər tutaraq Maku sərdarına xəbər verəsiniz, bir daha əyri işlərə boyun qoyarsa, xanlığını itirəcək və eyni zamanda böyük cəzalarla cəzalanacaqdır. O, bütün işlərini Xoy və Maku konsulları ilə razılaşdırmalıdır. Siz də təxirsiz tədbirlər ittixaz etməlisiniz. Mən elə zənn edirəm ki, Maku sərdarını yalnız qoşun vasitəsilə sükuta məcbur etmək mümkündür. Ona ancaq hərbi qüvvə ilə təsir etmək olar.
Korostovtsevə.
Mən miss Hamnaya belə bir sula verdim:
– Sən mənə bu kimi işlərdə inanırsanmı?
– Mən əvvələn sənə inanıram. İkincisi də budur ki, bizim özümüz də bu cür vəsiqələrin inanılmış bir adam vasitəsilə ifşa edilməsi tərəfdarıyıq.
– Təəssüf edirəm ki, mən bu vəsiqələrə qarşı olduqca ehtiyatlı davranıram. Lakin yenə də belə vəsiqələr haqqında məlumat əldə etmək faydasız deyildir.
– Həmişə dediyim kimi yenə deyirəm: sənə daima bu cür məlumatı verə bilərəm.
Söhbətimiz uzun çəkdi, mən yenə də miss Hamanın başına gələn hadisələrə keçərək soruşdum:
– Başına gələn qəzavü-qədəri bir adama danışmısanmı?
– Xeyr! Sənə and içirəm.
– Xidmətçi qadın bilirmi?
– O da bilmir, ona bu hadisə haqqında tamamilə başqa cür məlumat vermişəm.
– Qarət olunmuş şeylər barəsində bir şey bilirmi? – Xeyr, şeyləri Amerika konsulxanasında əmanət qoyduğumu söyləmişəm.
– Gələcəkdə də kimsəyə söyləməyəcəyinə and içə bilərsənmi?
Miss Hanna əvvəlcə mənə, sonra da öz istədiklərinə, inandıqlarına, ibadət etdiklərinə and içdi.
Mən söhbəti qəsdən uzadırdım, çünki yeni bir hadisə gözləməkdə idim. Gecə saat 11 idi, qapı vuruldu, xidmətçi qadın qapıya gedib:
– Naməlum bir adamdır. €Xanımı görməliyəmə deyir, – xəbəri ilə qayıtdı.
Miss Hamna donub qaldı, bir söz demədi, nəhayət, mən:
– Get qapını aç və o naməlum adamı içəri burax! – dedim.
Miss Hanna etiraz etməsə belə, böyük həyəcan içərisində idi. Naməlum adam adını eşidərkən başına gələn fəlakətin qəhrəmanını xatırlayırdı.
Naməlum adam qapını açıb otağa girdikdə, miss Hanna:
– Özüdür! Məni qurtaran və şeyləri aparan da budur, – dedi.
Mən:
– Qorxma, indi ki, bu adam sənə bir yaxşılıq etmişdir, sən buna hazırda təşəkkür etməlisən.
Miss Hamna dodaqları arasından qopan titrək bir səslə:
– Mən səndən çox razıyam, - dedi. – Səh qəhrəmansan, apardığın bütün qiymətli şeylər də sənə halaldır.
Naməlum adam:
– Xeyr missl Sənin şeylərin bizə lazım deyildir. Biz öz verdiyimiz yadigarları geri alan adamlardan deyilik! – deyə qoltuğunda gətirdiyi şeyləri stolun üzərinə qoydu.
Mən bağlını açdım. Miss Hannaya verilmiş hədiyyələrin hamısı 3z yerində idi.
– Götür şeylərini, bu mənim qardaşımdır, – dedim, – sənin nüdafiən üçün aylardan bəri səni təqib edirdi, səni qaraçı qızlarının əlindən qurtarmaq üçün mənim tapşırığımı lazımınca yerinə yetirdi. vlən də bundan razıyam.
Mən Həsənağanın əlini sıxdım. Miss Hanna da onun əlini sıxıb to! başında oturmağa məcbur elədi. Həsənağa börkünü çıxarıb oturluqda qız ona diqqət edirdi:
Mən:
– Yaxşı bax, sənin tanıdığın bir gəncdir, – dedim.
Qız yenə də gözlərini ona dikib düşünür, ona, bir də mənə bairdi. Axırda mən Həsənağanı ona tanış verdim:
– Siz Payan kəndində açdığınız müalicəxanaya işə götürdüyünüz ci nəfər təbrizli gənci xatırlamırsınızmı?
Miss Hanna bir daha durub onun əlini sıxdı və:
– Tanıdım, tanıdım! – dedi. – Bu Həsənağadır. Ah, nə qədər qəhrəman bir gənci Təbrizdən qəlbimdə aparacağım qiymətli xatirələrin başlıcası sənin qəhrəmanlığın olacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-muharibe-hazirligi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*
İkinci pərdəƏhvalat vaqe olur kənd qiraət komasında. Şə’ban kişi fikirli bir surətdə oturub çubuğunu çəkir. Komsomol Hüseyn komanın o tərəf-bu tərəfini dolanır, həyəcanlı bir surətdə fikir edir.*Hüseyn** — *(Şə’ban kişiyə).* Qolçomaqların tülkülüyünə baxma! Onlarla mübarizə aparmaq o qədər də çətin deyildir. Əvvələn, budur ki, kəndlilərin gözləri açılır, ikincisi də torpaq və su bizim ixtiyarımızdadır.
Dinçilər(Dörd pərdədə)*Əfradi-əhli-məclis
Стихи других поэтов
Sən ey könlümün dostu, sirdaşı,Niyə küsürsən hər qədəm başı?
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
SənəBitəqsirəm, yoxdu mənim günahım,İndi belə qalıb ixtiyar sənə.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər