Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-

1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.

Sərdar Rəşidin öz yerində qalmaq üçün Rusiya hökumətindən başqa bir istinadgahı yox idi. Buna görə də son günlər o, Rusiya hökumətinə ciddi bir xidmət göstərməyi, bununla da Təbrizdə qala bilməsi üçün zəmin hazırlamağı düşünürdü.

O bu nöqteyi-nəzərdən bizi hər nə qiymətə olursa-olsun sata bilərdi. O özünün əlimizdə olan sirlərinə baxmayaraq, öz taleyini bir kərə qumara qoymağı da bacarırdı.

Axşam idi, Nina da bizdə 4di. Sərdar Rəşid məni öz evinə çağırdı və gecə saat 11-də görüşmək istədiyini xəbər verdi. Lakin mən xəstə idim, gedə bilməyəcəkdim. Nina bunu ona telefonla xəbər verdi və eyni zamanda ona lazım olan təzə xəbərlər olduğunu da əlavə etdi.

Nina yalnız indi deyil, bir neçə kərə İraidadan məktub gəldiyini söyləyərək, sərdar Rəşidi aldatmışdı. Bu gün yenə də Nina İraidanın dilindən sərdar Rəşidə məhəbbətli bir məktub yazıb hazırlamışdı.

Bir saatdan sonra qapıda avtomobil səsi eşidildi. Sərdar Rəşid çar konsulunun ona bağışladığı maşına minib gəlmişdi. Bu dəfə o, Mahrunu da özü ilə bərabər gətirmişdi. Nina onları həyətdə qarşıladı. Birlikdə otağa daxil oldular. Mahru çarşabını götürdü, gəlib mənim əlimi sıxdı, lakin nə Mahru, nə də Nina oturmaq istəmədilər. Sərdar Rəşid isə Ninaya müraciətlə:

– İndi xanım buyursun görək, nə kimi təzə xəbər vardır? – dedikdə Nina güldü və:

– İraida həzrət əşrəfə məktub göndərmişdir, – dedi. – O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. Məktubun içərisində kiçik bir rəsminin də dalısını yazıb, sizə təqdim etməyimi tapşırmışdır.

Sərdar Rəşid bu saxta məktubdan çox şadlandı, sevindi, çünki o bu cür məktubları tez-tez gözləyirdi. Hətta bir neçə kərə İraidaya göndərilmək üçün Ninaya məktub da yazdırıb vermişdi. Sərdar Rəşid daim olduğu kimi yenə də ah çəkərək:

– Mən zənn edirəm ki, mənimlə İftixarissoltan arasındakı ailə əlaqəsi hələ qırılmamışdır. Hərgah qırılmış olsaydı, o heç bir vaxt mənə məktub göndərməzdi və öz şəklini hədiyyə etməzdi.

Sərdar Rəşid bunları dedikdən sonra Ninaya iki qiymətli üzük verdi:

– Bunun birisini sizə bağışlayıram, birisini də İftxarissoltana göndərərsiniz. Sabah məktub da yazaram, siz tərcümə edərsiniz. Bəlkə, İftixarissoltanın pula da ehtiyacı vardır? – dedi.

Nina isə:

– Çox razıyıq. Pula ehtiyacı yoxdur. Əbülhəsənbəy həmişə sizin tərəfinizdən ona salam yazır, məktub və pul da göndərir, – söylədi. Nina və Mahru xanım vidalaşıb çıxdı, sərdar Rəşid də əsas məsələ üzərinə keçərək danışdı:

– Cənab sərkar özü günlərin nə qədər məsuliyyətli günlər olduğunu bilməmiş deyildir, – dedi.

– Doğrudur, həzrət əşrəf bu barədə tamamilə haqlıdır, – dedim.

Sərdar Rəşid əlindəki kibrit çöpü ilə külqabını qurdalayaraq, çox soyuqqanlı bir surətdə danışmağa və Təbrizdə baş verən hadisələri bir-bir saymağa başladı:

– Cənab sərkarın təşəbbüsü ilə görülən işlərin hamısı mənim mövqeyimə təsir edir. Mərsiyə məclislərinin pozulması, Sahibüləmr məscidində, Seyid İbrahim və Seyid Həmzə məqbərələrindəki hadisələr, Molla Qurbanın saqqalının qırxılması, intizariyun firqəsinin ifşa edilməsi, Kərbala ziyarətinə gedənlərin €çar agentlərib adı ilə şəbnamələrdə yazılması və sair bu kimi işlərin hamısı mənim mövqeyimə təsir edir. Cənab konsul hər gün məni çağırıb, gizli əllərin aşkara çıxarılması və Təbrizdəki inqilab təşkilatının ifşa və həbs edilməsini tələb edir. Bəndə nə çarə edim? Bu məmləkətdir. Bunun idarəsini mənə tapşırıblar. Yuxarı baxıram bığdır, aşağı tərəfə nəzər salıram saqqaldır. İndi cənab sərkarın özü buyursun görək, bəndənin təklifi nədir? Balarzanı məhv etdirmək və onun dövlətini aparmaq işinin ifşasını da cənab konsul məndən tələb edir.

Mən sərdar Rəşidin nə demək istədiyini bilirdim, o bütün saydıqları hadisələri bizdən bilirdi, istəyirdi ki, bunları mən özüm də təsdiq edim, özümü onun qarşısında günahkar hesab edərək yalvarim. Mən ona sual verdim:

– Hələ bu hadisələri törədənlərin kimliyi bu tərəfdə qalsın, mən sizə sual verirəm: İnqilabi komitənin gördüyü bütün işlər Azərbaycanın zərərinəmi, nəfinəmidir?

– İnqilab komitəsinin gördüyü işlər tamamilə Azərbaycanın səadəti üçündür.

– Çox pakizə. Bu hadisələrin qarşısını almaq üçün həzrət əşrəfə Tehrandan bir göstəriş vardırmı?

– Xeyr, yoxdur!

– Bəs elə isə bu cür işlər sizin nüfuzunuza nə üçün toxunsun?

– Çünki bu işlər çar siyasətinin əleyhinədir.

– Əcəba, sizin fikrinizcə, Tehran hökuməti çarın Azərbaycanda apardığı müstəmləkə siyasətinin əleyhinə deyildirmi?

– Əlbəttə, əleyhinədir!

– İndi həzrət əşrəf buyursun görək, onu Təbriz hökumətinə kim təyin etmişdir?

Sərdar Rəşid bu son sözümün cavabını vermək üçün xeyli gü- «əndi. Nəhayət:

– Həqiqətinə baxanda bəndəni ruslar təyin etmişdir, – dedi.

– Demək ki, siz Rusiya hökumətinin tərəfindən bu hökumətə təyin edilmişsiniz?

– Bəli, hə da, elə çıxır.

– Elə isə siz nə üçün Rusiya əleyhinə çıxan inqilabçıları təqsirləndirirsiniz? Bir halda ki, özünüz də sizi bu ali vəzifəyə təyin edən Rusiya hökumətinin əleyhinə çalışırsınız, başqalarını təqsirləndirməyə nə haqqınız vardır? Əcəba, Rusiya əleyhinə işləmək üçün Əbülfət Mirzə vasitəsilə Almaniya dövlətindən 50 min tümən almaq ruslara xəyanət deyildimi? Erməni xalqını qırdırmaq və qarət etdirmək üçün Helmi Fovzi ilə sazişə girmək ruslara qarşı xəyanət deyildimi? Mirzağa Bülluri və Hüseyn Fişəngçilə kağızlaşıb Hacı Səməd xanı rus qoşunu ilə bərabər Savucbulaq altında məğlub etdirməklə Hacı Səməd xanın yerini tutmağa hazırlanmaq çar Rusiyasına xəyanət deyildimi? Həzrət əşrəf, bu saydıqlarım sizin Rusiya dövlətinə qarşı xəyanətlər deyildimi? Tehran hökumətinə və özümüzə qarşı etdiyiniz xəyanətlər daha böyükdür. Sizin çar Rusiyası əleyhinə olaraq Tehrana verdiyiniz xəbərlər və Tehrandan gələn xəbərləri isə Rusiya hökumətinə verdiyinizə aid vəsiqələrin hamısı inqilabçıların əlindədir. Siz, hər iki hökumətə qarşı xain hesab olunursunuz. Lakin təəssüf olsun ki, həzrət əşrəf öz verdiyi əhd-peymanın üstündə durmaq istəmir və lazımi işlərini bizimlə məsləhətləşdirmir. Hərgah həzrət əşrəf öz əhd-peymanının üstündə durarsa, mən onun mövqeyinin müdafiə olunmasına söz verirəm. Biz çar konsulu yanında sizin nüfuzunuzu, etimadınızı yüksəldə bilərik. Həzrət əşrəf özü bilir ki, biz onun nüfuzuna toxunmaq istəmirik. Sizin son günlərdə olan hərəkətlərinizdə böyük bir şübhə hiss olunur, buna görə də mən sizin bir dostunuz kimi bu xətt-hərəkətin dəyişilməsini məsləhət görürəm. Siz bizi məhv etməkdən qabaq özünüzü məhv edə bilərsiniz. İndi mən sizə bir sual da verəcəyəm: -— Siz Təbriz inqilabçılarından kimi tanıyırsınız?

– Heç kəsi tanımıram!

– Mənim inqilabçı olduğum haqqında sizdə bir vəsiqə vardırmı?

– Xeyr, yoxdur!

– Lakin sizin hər iki hökumətə xain olduğunuz barəsində inqilabçıların əlində yüzlərlə vəsiqə vardır. Hərgah sabahın özündə həmin vəsiqələrin birisini şəbnamədə yazdırıb Təbriz divarlarına yapışdırsalar, o zaman siz nə kimi bir vəziyyətə düşərsiniz?

Sərdar Rəşid bir neçə kərə udqunub:

– O zaman mən məhv olaram! -— dedikdə mən də:

– Məhv olmaq lazım deyil, yaşamaq lazımdır, – dedim. – Bəlkə də, sizin inqilabçılarla dostanə əlaqə saxlamağınız günahlarınızı azaldar və vaxtında bir inqilabçı çıxıb deyər: «Cənab sərdar Rəşid bəzi sirləri bizə verir və çətin günlərdə bizə köməklik göstərirdi». Siz ancaq bu adla üzərinizdəki ləkəni təmizləyə bilərsiniz. Belə deyildirmi?

– Belədir, bunu təsdiq edirəm. Ağanın başı üçün buna inanıram.

– Demək ki, bu məsələmiz bitdi. İndi həzrət əşrəf buyursun görək daha nə lazımdır?

– Daha sizin sağlığınız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qarətlər

Bir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq.Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi.

17 мин
Məclisdə

Əncüməndə Tehran ordusunun Vasmınc, Maku ordusunun isə Təbriz ətrafında məşhur Səhlan kəndinə gəlməsindən danışırdılar.Maku ordusu Səhlan kəndinə girən kimi bütün taxıl və otu yandırmışdı. Bunların Təbriz içərisinə gətirilməsi haqqında əncüməndə dəfələrlə məsələ qoymuş, keçirə bilməmişdik.

5 мин
Ninaya qarşı şübhələr

Mən içəri girdikdə Ninanın nəyi isə tələsik qoltuğuna soxduğunu gördüm. O özünü itirmişdi. Məni görərkən kitabçanı qoynundan çıxardı.Ona iki kitabça vermişdim. Biri firqənin proqramı, ikincisi isə «Bolşeviklər kimdir və nə deyirlər?» adlı bir əsərdi.

3 мин
Siyasi dərnək üzvləri

Bir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı.Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi.

8 мин

Стихи других поэтов