Vətənimizə bir neçə söz
Bahar oldu, ey sinədağlı çəmən!Göz aç qəmdən, ey xaki-paki vətən!Çıxıb gün sabah oldu, dur xabdən,Çəkil sahilə sarı girdabdan.Açarmı lisani-ədəb bülbülün,Bahar oldu, noldu bəs açmaz gülün?!Neçin səndə var daimi bir xəzan,Haçan gül açarsan, sən ey bustan?!Məgər sən deyildin səfalı çəmən?Məgər səndə yox susənü nəstərən?Açıb nərgiz ol məstü şəhla gözün,Qızıl gül həyadan qızardır üzün.Göz aç, sən də alqışla bu işrəti,Verər bülbül e’lani-hürriyyəti!Alar qumri məşrutə tə’limini,Bənövşə verər dərsi-tə’zimini.Girər bağa tuti quşu bavüqar,Oxur nitqlər, parlamanı açar.Qurar intixabatı əhli-çəmən,Durub sədri-məclis olar yasəmən.Olar rəsmi-talari-gül payidar,Hamı yerdə icrayi-kari-bahar.Çıxam yüz bahara, görəm yüz çəmən,Gözüm səndədir, səndə, ah ey vətən!Kim etdi səni dərd ilə həmkənar?Kim etdi çəmənkahını xaksar?Gahi tarmar etdi İran səni,Gahi basdadı ali-Osman səni,Olan dəmdə hər zihəvəs tacidar,Qılardı səni fəth əvvəl qərar.Verərdin sən əğyarə, ey xaki-pir,Nə qədri həyadidə qızlar əsir!Zamanlarca aləmə amac idin,Ərəblər əmudilə tarac idin.Yanıb səndə Netron, Teymurlənk,Batı xanu, Çingiz, salari-cəng...Edib səndə milyon xəlayiq zaval,Adın qalsa xoşdur məhəlli-qiqtal!Rəiyyətdə yox əqlü elmü vüqar,Özün dami-qəflətdən etsin kənar...Bu əlvat-birəhm alimnüma,Salan dəmdə təsbihü şalü əba,Çəkər milləti dara təzvir ilə,Rəsədbənd edər qanlı zəncir ilə.Qənilər kərəmsizdi, millət fəqir,Yorulduq cəfalardan olduq yəsir.Bu aləmdə gülməz fəqirin üzü,Yalandır fəqirin səadət sözü.Səida, dəxi qoyma əldən qələm,Qələm əldə candan keçib ol ədəm...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-vetenimize-bir-nece-soz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.
VII. Rayanın romanıRaya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin ona işləmək imkanı verilmirdi; onu bir tərəfdən Leyla, o biri tərəfdən də İvanov təqib edirdi. Bunlardan əvvəlincisi Rayadan şübhələndiyi, ikincisi isə Rayanı sevdiyi üçün onu gözdən qoymurdu. Son günlər, Leylanın Raya haqqındakı şübhəsi daha da artmışdı. O, yəqin etmişdi ki, itirdiyi məktubları Raya götürmüşdür. Leyla məktubları Rayanın mənzilindən təkrar götürmüşdü.Bütün bu məsələlər Rayanı düşündürürdü. O, İvanovun portfelindən götürdüyü vəsiqələri iki gün idi ki, Şaumyana yetirə bilməmişdi, çünki onu bir saat da sərbəst buraxmırdılar.
VIII. Yerevandan məktubLeyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi.Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü.
IX. Sui-qəsdin ifşa edilməsiBugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.
Стихи других поэтов · О природе
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqatEy qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
همه را چشم عنایت زتو شیرین پسر استمن تعنت نکنم هرچه تو باری شکر است
Ey fələk, dövründə neyçün ol nigar əldən gedərEy fələk, dövründə neyçün ol nigar əldən gedər,Qanım ilən əllərin qılmış nigar, əldən gedər.