Gözüm pəncərədən baxır uzağa.Görürəm hər tərəf bürünmüş ağa –Yamaclar incə tül, zərif bir gümüş...Mənim çarpayım da ağa bürünmüş.Boz evin içi ağ, həyəti ağdır,Sevdiyim qızın da xələti ağdır.

O mənim bir müddət qeydimə qaldı,Əlim şəfa tapdı, qolum sağaldı...Lakin qovr eyliyən bircə “yaram” var,Mənə o “yaranı” burda vurdular...Güllələr, mərmilər edəndə tüğyan,Sinəmdən dəymədi, dəydi qolumdan.Lakin, bir ox atıb, ağ xələtli qız,Sinəmdən o vurdu, o vurdu yalnız...

Nə qədər gizlətdim məhəbbətimi,Dolandı başıma pərvanə kimi.Yaramı diqqətlə açır, bağlayır,Mən tutqun oldummu, o da ağlayır.Azca üzüldümmü, o da üzülür,Güldümmü, onun da gözləri gülür...Bir səhər gətirib süd verir mənə,İçmirəm. Qaşlarım çatılmış yenə...İsladıb alnıma tez kətan qoyur,Nə kətan, yolumda hətta can qoyur...– Ağrın azalırmı?– Yox, azalmayır.Ölürəm, qeydimə kimsə qalmayır...Qızın xəncər kimi çatılır qaşı,Axır yanağına isti göz yaşı.– Qoy həkim çağırım.– Yox, yox, istəməz,Dərdimi onsuz da bilmədi heç kəs!..Gördüm o tutuldu, qara bulut tək,Dedim ceyran qıza, gülümsəyərək:– Gedər ağrılarım, ey gözəl, inan,Narın əllərini sinəmə qoysan...Bakı, yanvar, 1943.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов