Bu yer onun yeridir
İpək, şal donlarını açıb tökdü önünəO, geyinmək istədi, lakin düşündü yenə:– Mən hansını geyinim... qaramı, qırmızımı?..Gəlin xeyli düşündü, geyindi qırmızını.
Axşam güllü, çiçəkli qonaqlar töküldülər...Tanışlar mehribanca danışdılar, güldülər,Yer verildi hər gələn əziz yara-yoldaşa,Doldu bəzəkli otaq qonaqla başdan-başa.
Mən görürdüm, ortada bircə boş yer qalmışdı.Hanı onun sahibi?.. Bu dərd məni almışdı.O qonağı düşündüm, ürəyim dincəlmədi:Hamı gəldi yetişdi, bəs o niyə gəlmədi?Bəlkə aranı kəsən uca zirvəli dağdır?Bəlkə indi o yoxdur... Bəlkə indi o sağdır?..Niyə isti çörəyi soyudu, buza döndü?Niyə qızın gözləri sönən ulduza döndü?..
Süzüb şəkli, gəlinin tutuldu qaşqabağıGözlərinə apardı üzü güllü yaylığı,Sanki bizə deyirdi dodaqaltı arabir:“Kimsə burda oturmasın, bu yer onun yeridir”.Tez mən dedim ürəyimdə, hələ deyilməmiş tost:“Yerin məlum, əziz qardaş, yerin məlum, əziz dost!..”
Hamı durdu ayağa, qaldırıldı badələr,Cəbhədəki əsgərin sağlığına içildi.Süzüb şəkli, gəlinin tutuldu qaşqabağı,Gözlərinə apardı üzü güllü yaylığı.
Sonra da qonaqların qəlbi sınmasın deyəDüşüncələr içində yaxınlaşdı süfrəyə:Titrədi dodaqları... eşitmədik səsini,Sahibsiz piyaləyə vurdu piyaləsini...
Bakı, yanvar, 1943
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-bu-yer-onun-yeridir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Bülbüldə yoxdur eşq, o eşq ki, məndə var!Atəşdə yox o suz ki, bu qəlbü təndə var!
Şaman söylənciQobuyerdə yaz tez gəlir, tez gedir,Yaz qorxaqdır, gül incədir, yer yaşıl.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli