Onun ürəyi
Ayrıdır şişmanın eşqi, həvəsi, –Yaylağın motalı, dağın kərəsi,Kim deyər, bunları onun mədəsiAşırmaq, həzm etmək gücündə deyil?
O deyir: – Çalışmaq olmaz bu qədər,Həftədə üç saat işləsək yetər,Yeməkdə sınanar cəsarət, hünər,Yoxsa da əkində, biçində deyil.
Böyük qazandadır onun xörəyi,Bilinmir haraya yeyir çörəyi.Gəl indi inan ki, onun ürəyi,Piyli mədəsinin içində deyil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-onun-ureyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Aşıq Valeh ilə aşıq Feyruzun deyişməsiTürkiyə Soltanlığında Feyruz adlı məşhur, ustad bir saz aşığı olur. Bir gün soltanın qonaqlıq məclisində Feyruzun çalıb-çağırması çox xoşa gəlir. Soltan deyir:– Aşıq Feyruz bugünkü məharətinə görə sənə nə versəm məndən razı qalarsan. Feyruz fürsəti fota verməyərək deyir: – Soltan sağ olsun 70 kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün Soltan deyir: – Aşıq Feyruz əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb, qalib gəlib, bağladığın ustadların sazlarını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə 70 kəndin ağalığını verərəm. Bu məqsəd ilə aşıq Feyruz Azərbaycanın bir neçə mahalında üstünlük əldə edəndən sonra Şuşa qalasına gəlir. Xanlıqdan əhvalatı aşıq Valehə çatdırırlar. O vaxt aşıq Valehin 80-dən yuxarı yaşı olur. Zərnigar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan indiyənə qədər qazandığın adını batıra bilərsən. Valeh deyir: