Təbriz gözəli
Səhər xiyabanla keçdiyin zaman,O qara örpəkdən – qara buluddanGözlərin parladı bir ülkər kimi,Elə bil, camalın aypara çıxdı.Uzun kirpiklərin nizələr kimi,Yarıb örpəyini kənara çıxdı...Könüllər yaşarmı arzu-əməlsiz?Heç ola bilməzdi Təbriz gözəlsiz.Şerimin zərini geyib bəzənsən –Dumanlı Təbrizin gözəli sənsən.İncədir, zərifdir əlin, ayağın,Ənlik, kirşan bilmir əsla yanağın.Heç sürmə çəkmədin yay qaşlarına,Boyalar vurmadın gur saçlarına.Qara günlərini bəzən unutdun,Dünyada hər şeydən şərəfli tutdun.Sən öz namusunu, sən öz arını,Qana batırmadın dırnaqlarını.Oldunsa mübtəla min ağır dərdə,Əyləncə olmadın xain əllərdə.Həyat, kaman kimi, bükdüsə səni,Pullara satmadın öz bədənini...Çoxları can atdı, keçmədin ələ,Sən bir karxanada oldun əmələ.Ömrünü, gününü vurdu boranlar.Narin əllərində yarandı qabar.Gecəli-gündüzlü çalışdıqca sən,Yüzlərcə xalılar çıxdı əlindən.Həmişə can verir xəyal insana,Yapışır qolundan, düşsən tufana,Qurtuluş ümidi, həqiqət eşqi.Səni də yaşatdı bir sənət eşqi!Hər dağdan bir çiçək, hər bağdan bir gülQoparıb söylədin: – qarşımda düzül!Qəlbinlə, eşqinlə, qüdrətinlə sən,Hər rəngə min rəng də qatdın yenidən.Arğacı keçdikcə şümşad biləklər,Açıldı xalında güllər, çiçəklər.Həvəslə, maraqla çalışdın uzun,Yeləni qıvrımlı xalı toxudun.Onun bir ucuna çatmazdın, inan,At minib üstündə cıdır oynasan.Yaratdın: meşələr, dağlar, dərələr,Al-yaşıl yamaclar, göy mənzərələr,Çiçəkli bağçalar, meyvəli bağlar,Yanları yarpızlı qaynar bulaqlar,Qərənfil, yasəmən, nərgiz, nilufər,Marallı yamaclar, ceyranlı düzlər...Bir yanda Şamaxı, bir yanda Əhər,Bir yanda Urmiya, bir yanda Xəzər,Bir yanda Qaradağ meşəlikləri,Bir yanda Qarabağ gözəllikləri...Bu zəngin torpaqda nə var sənindir,Hər yanı öz yurdun, öz vətənindir...Çırpınan qəlbinlə, saf əməlinlə,Sənin qüdrətinlə, sənin əlinlə,Göylərin günəşi yerlərə yendi;Gözəl lövhələrlə xalın bəzəndi.Yayıldı dünyaya onun sorağı,Oldu könüllərin ilham bulağı.Lakin alın tərin, könül əsərin,Oldu satış malı alverçilərin.Kimin ixtiyarı, kimin pulu var,Tökülüb hər yandan gəldi ağalar.Göründü qüdrətin, sənətkarlığın,
Lakin bilinmədi sənin varlığın.Başqa palazlara qatıldı xalın,Bir pullu tacirə satıldı xalın.Getdi işin bada, əməyin bada –Tapdandı Berlinin salonlarında...Qələmdən, kağızdan kömək istədim,Mən sənin şəklini çəkmək istədim.Dedim ki, örpəyi alım başından –Günəşin üzündən çəkilsin duman.Şəkilin solmasın min il dursa da,Ləkələr qalmasın boyalarımda.Heyif, gözlərimdə qaraldı cahan,Mən baxa bilmədim sənə heç bir an,Göründü büsbütün ətin – ondamın,Daş deyil yanmaya qəlbi insanın,Yox! Çəkə bilmədim bu lövhəni mən,Fırçam parçalandı, düşdü əlimdən...
Sənin nə zinətin, nə bəzəyin var,Ancaq güldən təmiz bir ürəyin var.Bax, budur şairi məftun eyləyən,Sadə gözəlliyin vurğunuyam mən.Demədim gözəllik işvədir, nazdır,Ana qadınlığa gözəllik azdır,Haqqını istəyən qəhrəmanlar təkBir də hünər gərək, cəsarət gərək!..Səni əsir görüb, dəyişir halım,Yenə uzaqlara qaçır xəyalım...Sənin ismətin var, sənin arın var,Tarixdə ad qoymuş anaların var:Keyxosrov əlləşdi daim fələklə,Nə aman eşitdi, nə ah dinlədi;Min bir xəyanətlə, min bir kələklə,Bizim yurdumuza basqın elədi.Lakin, el çökmədi qarşısında diz,Çıxdı cəbhələrə qəhrəman kimi,Vuruşdu qeyrətlə cəsur xalqımız,Əyilmək bilmədi Savalan kimi.
Topladı gücünü, bütün hər nə var,Ellər sərkərdəsi qadın hökmüdar –Tomiris hiddətlə çatdı qaşını,Vurdu qılıncıyla Keyin başını.Böyük paytaxt oldu Bərdə bir zaman.Töküldü düşmənlər hərə bir yandan,Qarğa-quzğun kimi onun üstünə.Bərdə əyilmədi, sinmədi yenə.İgidlər qorudu doğma vətəni;Cəbhələr, səngərlər oldu məskəni,Bizim hər gəlinin, bizim hər qızın.Adı var tarixdə analarımızın:Nənən Nüşabəni yadına sal bir,Ona baş endirdi İskəndər Kəbir.Məhsəti xanımı unutma barı,Yığdı dövrəsinə sənətkarları,Qaranlıq zülmətdə bir işıq olduSənət məclisinə yaraşıq oldu.Coşdu ilham seli, döndü ümmana,Şöhrəti yayıldı cümlə cahana.Şerilə bəzədi bu ana yurdu,Böyük Nizamiylə yanaşdı durdu.Çox olub ölkəmin qəhrəman qızı,Ölməz ad qazandı bir vaxt Xan qızı –Qarabağ günəşi şair Natəvan;Bu gün də çıxmamış elin yadından.Böyük məclis qurdu, divan elədi.Ağlıyla dünyanı heyran eylədi.Ona hörmət etdi hər bir sənətkar,Bildi qiymətini arif olanlar.Əmr etdi, düzlərə sular çəkildi,Yamaclar şumlandı, çöllər əkildi.Əsiri olmadı aqcanın, pulun,Oldu himayəsi acın, yoxsulun.Parladı şahların başlarında tac,Boğdu yoxsulları aclıq, ehtiyac...Bunun şahididir həmin bu yerlər,Görənlər, bilənlər belə deyirlər:
Bir gün igid ana, qəhrəman ana –Zeynəb qadınları yığdı başına.Təbrizin üstündə tufan elədi,Zülmə, əsarətə üsyan elədi.İnsanlar selinə büründü hər yan;Həmin bu tufandan, bu qasırğadanƏyanlar, ərbablar qorxudan qaçdı.Zeynəb anbarların ağzını açdı,Tökdü küçələrə orda hər nə var,Götürdü payını yoxsullar, aclar.
Obanın, oymağın getdi tutarı,Talandı elləri çar kazakları.Onlarla qoç kimi Nəbi vuruşdu,Aynalı parladı, boz köhlən uçdu.Qılınc bağlamaqda, tüfəng atmaqda,Döyüş meydanında at oynatmaqda –Bu bir həqiqətdir, deməsəm də mən, –Heç dala qalmazdı Həcər Nəbidən.
Qırdı zəncirləri polad biləklər,Yetişdi kamana şirin diləklər.Ana qadınlığın başı ucaldı,Bizim ölkəmizdə haqqını aldı.Bir gün basqın etdi yağılar bizə,Dağ-dağa toxundu, dəniz-dənizə.Ordumuz öz döyüş təblini vurdu,Sovetlər torpağı ayağa durdu,Axdı qoşun kimi cəbhələrə el...Başında boz papaq, əynində şinel,Əlində beşatan, belində qatar,Sənin doğma bacın – qəhrəman BaharÇıxdı cəbhələrə boranda, qarda,İğidlik göstərdi vuruşmalarda...Oy gözəl, qəlbimi duydunmu barı,Boş yerə çəkmədim bu misalları...Qəlbinlə bir vurur elin ürəyi,Ancaq sən bürünüb, qara örpəyiBəzən axşam üstü, bəzən də erkənÜrkək maral kimi oğrun gəzirsən...Diləklər könüldə dustaq olarmı?Söylə, gözlərinin günahı varmı?Onlar dünyanı zindan eylədin,Özün də bilmədin, min qan eylədin...Ya qoy camalını görünsün bütün,Ya qara torpaqla əbədi örtün!Xeyir, mən yanıldım, onu bil ki, sən,Pərdələr altında ölməyəcəksən!..
Sən, ey Təbriz qızı, Təbriz gözəli,“Dəyişir iqlimi insanın əli...”Şirin arzularım deyildir uzaq,Dağların başından bir gün doğacaq,Qırmızı şəfəqlər düşəcək birdən,Sizin qapınızdan, pəncərənizdən.Həmin o şanlı gün, o şərəfli günSalon adamlarla dolacaq bütün,Alışıb yanacaq qızıl bayraqlar,Danışıb gülәcək əziz qonaqlar.Səni seyr edəcək minlərcə gözlər,Qəlbimdə bir əməl, alnında zəfər,Səsini dünyalar eşitsin deyə –Şir kimi atılıb qızıl kürsüyə,Böyük bir həvəslə, bir vüqarla sən,Mənim bu şerimi söyləyəcəksən!Paslı zəncirlərdən açılmış əllər,Zindandan, qəfəsdən azad gözəllər,Əmələ yoldaşın, dostun, sirdaşın,El oğlun, el qızın, bacın, qardaşınSənə gül verəcək, əl çalacaqlar...Qarşında zalımlar alçalacaqlar.Ey Təbriz gözəli, onda an məni,Ancaq öz yanında taparsan məni...Təbriz, fevral, 1942
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-tebriz-gozeli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağa – dağ deyirlər, çünki o dağdır!Yenidən boy atıb təpə – dağ olmaz!
Torpaq və suBöyüklük ucalıq, əzəmət, vüqarMüdam heyran edir, insanı heyran!
Qara torpaqBu yaxşı cəhətdir, unutmayırsan –Görürəm gəlirsən hərdən bağa da.
Krım bənövşəsiEllər bilir yaranandan bağlıdırÖmrüm boyu meylim sənə, bənövşə.
Стихи других поэтов · О родине
Gəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.
O günün arzusuylaSaçlarıma dən düşür,Deyəsən erkən düşür.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Şimdi hər millət edir nəfsini irfanə fədaЧему сейчас любой народ служенье посвящает?Народ все помыслы свои ученью посвящает.