Krım bənövşəsi
Ellər bilir yaranandan bağlıdırÖmrüm boyu meylim sənə, bənövşə.Yaman aldın əzəl başdan əqlimi,Neylim sənə, neylim sənə, bənövşə!?
Çəkilir torpaqdan qışın ayazı,Bizə qonaq gəlir ellərin yazı.Mən səni min dəfə görmüşəm azı,Görmək istəyirəm yenə, bənövşə.
Dinlə məni, ey həmdəmim, sözüm var!Bəlkə sənə xoş gəlməyir mahnılar.Şair əhli gözəllərə söz qoşar,Fikir vermə mən deyənə, bənövşə.
Bahar çağı sərin yellər əsəndə,Uçan xəyalım tapıram səndə.Vaqif bu dünyadan köçüb gedəndə,O səni tapşırdı mənə, bənövşə.
Gördüm əl uzadır sənə hər yetən,Tezcə özüm dərdim, heyif körpəsən...Min bir dəmət borcluyam hələ mənBu ölkəyə, bu vətənə, bənövşə.Livadiya, 1939
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-krim-benovsesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Saraltdın məniBir gül idin bitmiş idin bağçadaVermədin bir dənə saraltdın məni.
ÖpKönül, Məcnun kimi yayın dağlara,Əyil, bu lalənin budağmdan öp!
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı