Gözəl uşaqlarım tutmuş əlimdən,Artıq, ata kimi ağır-ağır mənÇıxıram ağ mərmər pilləkənləri...Bu günün ən canlı, ölməz əsəri –Yeni bir aləmə düşübdür yolum;Fərəhlə çırpınır qanadım-qolum.Yeni təntənə var, yeni büsat var,Burda ildırım tək süzür qatarlar,Dağüstü parkına uzanır bu yol,Sevinirəm buna ürəkdən min yol.

Könlü qocalmasa, qocalmaz insan.Mən az sevinmədim uşaqlarımdanGüləndə yamacım, güləndə yalım...Qanadlı xəyalım, coşqun xəyalım.

Açıq səmalarda qıy vurub uçur,Vur, ey coşqun könlüm, vulkan kimi vur,Bu yerdən can alıb coşan eşqimlə,Uçan buludlara qoşan eşqimlə!

Könlümdə çox şirin diləklərim var...Uçur şair könlü – uçur qatarlar –Qızıl güllə kimi qaçır arxama,Bir şeir başladım kəndə – anama:

Birinci şeir

Qohumlar, qardaşlar, ellər, obalar,Bir məni dinləyin, sizə sözüm var!Əziz oğlunuzam, çəkin nazımı,Sizinlə bağlamış bir ilqar məni!Düzüm simlərimi, çalım sazımı,Qoyun, bir dinləsin obalar məni!

Çağlı arabalar, çüylü təkərlər,Haray çəkən səsli-küylü təkərlər.

Torpağın qəlbində açdıqca yara,Babamın dərdini yazdı yollara...Hörük, boyunduruq, kaqan və samıƏcəlsiz öldürdü yazıq atamı...

Əli kömür anam, başı qar anam,Mənə çörək vermiş ixtiyar anam.Afərin yaşından otuz il əvvəl,Dişləri tökülmüş iki taxta vəlSürüyüb, çıxardı tozlu xırmana...Onu mən unutsam ana, ay ana,Özün demiş kimi – yerim “gor olsun!”Əlim topal olsun, gözüm kor olsun!Dolandı xırmanı arıq öküzlər,Anam da onlarla dolandı, döndü,Fəqət görünmədi arpadan əsər,Gözünün tutarsız işığı söndü.Yandırıb-yaxdıqca yayın istisi,Dəyirman daşı tək fırlandı başı,Xırmanın tozunda tutuldu səsi,Axdı önlüyünə isti göz yaşı.Qabarmış əlləri bulandı qana,Söylənə-söylənə ağ birçək anaSöydü iqbalını, söydü bəxtini;O, taxıl döymədi, döydü bəxtini...

İkinci şeir

Qatarım qaçdıqca üzü yuxarı,Bürüyür hər yandan bizi dumanlar.Güneylərdə çəmən, quzeylərdə qarQoparıb əlimdən alır könlümü.Çağırır könlümü, çalır könlümü.Mənə yad deyildir bu mənzərələr...Açır qollarını dağlar, dərələrYolumda, müntəzir bir ana kimi;

Uçan xəyalımı çəkir özünəDağın dik zirvəsi, dərənin dibi.Bir kiçik yarpaq da qoymayır gözüm,Hər yana baxıram doymayır gözüm –Zümrüd yamacların mənzərəsindən,Köhnə kəndimizin xərabəsindən,Çal-çarpaz çəkilmiş dəmir yollarıUzanır al-yaşıl dağlara sarı.Heç belə deyildi mən görən zaman,Çöllərə baxanda sevinir insan:

Elin cah-calalı tutub hər yanı...Sağmal inəkləri gəlib sağılır,Qatarım qışqırıb ötən zamanı,Sürülər, naxırlar qaçıb dağılır.

Çobanlar əlini uzadır mənə:– Şair, xoş gəlibsən doğma vətənə!..Xəyalım çırpınıb dağları aşır.Gözümdə gülşənlər, güllər oynaşır...Elə bil, mizrabım toxunur tara,Şeir kitabımı verib onlara,– Çatıb qaşlarımı hər səhər, axşamSizi düşünmüşəm, sizə yazmışam;Hər sözüm bir səhər, bir gələcəkdir...Ey əziz dostlarım, oxuyun məni!Uzun dastanımı dinləyəcəkdir“Dağlar şairinin” yordu, vətəni,Ey əziz dostlarım oxuyun məni!..

Kəndimin içində dayanır qatar.Qocalar, qarılar, qızlar, oğlanlarƏziz qonaqlarla görüşüb gedir,Atılır bəzəkli dəmətlər bir-bir.Şairin açılmış pəncərəsindən,Elin qüdrətindən, elin səsindənYenidən qüvvəyə, cana gəlirəm.Deyirəm: ay ana, ana gəlirəm;

Dirçəlir dizlərim, cana gəlirəm!Qoyun, mən deməyim, özünüz deyin –Bəlkə, düz demədim, dostlar, mən bunu –Yalvarıram sizə fəqət düz deyin:Sevməyən olarmı doğma yurdunu?..Dalbadal axdıqca avtomaşınlar,Yaşıl xiyabanlar qaçır, uzanır;Mənim bundan artıq nə diləyim var,Kəndimin içində fənərlər yanır.Çəkilib yolların toz ətəyindən,Geniş yamacların boz ətəyindənGurhagur, qıjhaqıj töküldükcə Kür,Açıq üfüqlərə baxıb düşünürBöyük bir insanın ağır heykəli,Onun uzaqlara uzanan əliBu yer kürəsini qoşub günəşə.Gecəsiz dünyaya aparacaqdır,Onda el gücü var, el gücü-haqdır!..Necə sevinməyim, insanam mən də,Göylərə uçmağa bu gün hazıram.Doğma kəndimizi yeni görəndə.Şeirimin sonunda belə yazıram:Dünyanın ölməyən adamıyam mən!Yaxamı qurtardım artıq ölümdən,Dünyanın ölməyən adamıyam mən!..

Qatarım baş alıb el kimi uçur,Mən yazıb-pozuram yenə vurhavur,Əsir dodaqlarım, qaçır əllərim...Düyünlü sözləri açır əllərim,Əsir dodaqlarım, qaçır əllərim...Kim bizim sabaha əmin olmasa,Ona gülünc gələr mənim yazdığım:Sənətim ölkənin, elin olmasa –Toplayın, nə varsa yazıb-pozduğum,Məzarım üstündə od vurun yansın,Xəyalım odlansın, şerim odlansın!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов