Sən ağ deyən zaman o deyir qara,Hər kəsin öz gözü, öz eynəyi var.Bu dünyanı hər kəs bir cürə görür –Müvafiq olmayır çox vaxt baxışlar.

O kimdir bir çörək ağacı etmiş,Hərdən bir “Əmməni”, bir də “Yasini”,Alan da, yeyən də özüdür, ancaqHeç ələ verməyir öz yaxasını.

Hərçəndi hünəri özündə görür,Məftundur şöhrətə, dövlətə, ada.Çətinə düşəndə, “qadir qüvvə”ninAyağına yazır nə var dünyada...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов