Tanıya bilmirəm dostu, tanışıXəyalım qarışıb, huşum gedibdir.Görüm qocalığın ağ olsun üzü,O mənim üzümü qara edibdir.

Yanına çox gedib-gəldim təbibin,Dərman-davasından mən “halı” oldum.Bir fayda görmədim dərmanlarından,Gəzib başqa həkim tapmalı oldum.

Qocalıq başımın alıb üstünü,Onunla əl-yaxa çarpışam gərək.Həkimim Xəzərlə gedib sahilə,Görüşəm hər səhər, hər axşam gərək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов