Köhnə oylağımı gəzirəm, ancaqAxşamdır, hər yana qaranlıq çökür.Dayanıb baxıram, çayqarışana –Axıb qıjıltıyla gedir Xram, Kür.

Ey ağıllı Xram, ey dəlisov Kür,Siz düz deyirsiniz mənə deyin bir,Neçə milyon canlı burda ömr edib,Sizin suyunuzdan içib gedibdir.

Ömrünüz bağlıdır keçmiş illərə,Şəfa gətirdiniz bizim ellərə.Deyin, kimlər gəlib bu sahillərə,Kimlər bu yerlərdən köçüb gedibdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов