Sənət sarayı
Özündə qalmayır halı bir yerin,İnsan iqlimini dəyişir yerin.Sərin fantanların başı lilparlı,Arxası bağçalı, yanı çinarlı...Bir saray tikilmiş dağın belində“Sənət sarayı”dır bu evin adı.Böyük şairlərin doğma elindəNələr yaranmadı, nələr olmadı?..Onun top dağıtmaz divarlarında,Ellərin pozulmaz düz ilqarındaŞanlı vuruşmalar, üsyanlar yatır,Xalqın yaratdığı dastanlar yatır...Məğribdən, məşriqdən gələn qonaqlar,Mühəndis, yazıçı, memar, bəstəkarGeniş tabloları seyr edib bir-bir,Sərin otaqları dolanıb gəzir.Şərqin şah əsəri – böyük əsəriDünyanın ən gözəl abidələriBurda məskən tapıb – cənnət içində.Qonaqlar diz çökür heyrət içində,Böyük hikmətinə bizim ölkənin;Başım buludlara ucalır mənim!..Budur, qarşımızda bir sənət əriYonur ağ mərməri səhərdən bəri,Düşünür hər zaman, duyur hər zaman,O, “insan” yaradır bu qayalardan.Deyir: “İşlədikcə mən yavaş-yavaş,Bir insan olacaq gördüyün bu daş”.
Möcüzə deyildir, məncə gerçəkdir,Sənətkar cansıza can verəcəkdir!Rəssam da bir yanda açıb başını,Qıyır gözlərini, çatır qaşını...Vurur sinəsində qəlbi müntəzir,Fırçası əlində yüksəlir, enir;Qaynar bulaq kimi aşıb-daşır o,“Dünya sərgisinə” hazırlaşır o.Xiyabanlar uzun, göy bağçalar gen,Şair olmayan da coşur ürəkdən,Atır buludlara suyu fantanın,Fərəhlə çırpınır könlü insanın.Həyat yeniləşir, yaşadıqca biz:Yorulmaq bilməyir şairlərimiz,
Dayanıb heykələ ağır düşünür,Ağarıb saçları qara dönübdür.İstəyir başına buludlar ensin,Mahir sənətkarın, şair Səmədin –Yovşana dönübdür qara qaşlarıKəsdirib yanını öz uşaqları,Sakitcə dururlar nə səmir, nə səs...Baxırlar əlinə dinməz, söyləməz:O yeni dönmüşdür bu gün Parisdən,Gəlib görüşürəm öz dostumla mən.– Bu gün başa çatır yazdığım dastan...– Gələrəm, olanda macalım yenə...– Çırpınıb göylərə yüksəlir, inan,Uçur uzaqlara xəyalım yenə...Min bir hava çalır qəlbinin simi,Vərəqin milləri bir qoşun kimiQələmin dalınca səflə uzanır,Önündə kağızlar alışıb-yanır...
– Yaz, dönüm gözünə, – dedim – durma, yaz!Qüdrətli sənətkar, əlin var olsun!Yazdığın hər kəlmə bir ehram kimi.Bizim dünyamızdan yadigar olsun!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-senet-sarayi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Belə gedərəmAğa Becan, sultan Becan, xan Becan,Ayrılmam Pərimdən, belə gedərəm.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir