Yaxşı bilirsiniz ki,Ptiçka ya quşcuğaz,Ya da ki, quş deməkdir.Quş uçmasa yaşamaz,Qanadı var, qolu var,Quş da uçuş deməkdir.

Müdir düşündü dərin:Balaca tədbirlərin,Qaraca tədbirlərin,Alaca tədbirlərin,Önünə bircə-bircə,Yaraşıqlı quşları,Ptiçkaları düzdü.Bir varaqda baxırsan,Ptiçka beş-on deyil,Ptiçka bəlkə yüzdü.

Quşcuğazlar böyüdü,Göründü lap uzaqdan.Lakin faydalı bir iş,Görülmədi o vaxtdan.

İstiləşdi havalar,Qış günü yaza döndü.Quşcuğazın hər biri,Böyüyüb qaza döndü.

İllər, aylar dolandı,Nə vardı müdir yedi.Canı çıxsın quşların,Quşlar ac durar, dedi.

Müdirin öz qarnı tox,Lakin yem anbarı boş.Dənliyində dəni yox,Nə qədər ac qalar quş?!

Daha qala bilmədi,Ptiçka uçdu getdi,“Tədbirlər”i götürübHavaya uçdu getdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов