(S. Vurğun sayağı)

Ocaq dağı oyatdımıSazım səni, sözüm səni?Könül quşu qanadlandı,Görən kimi gözüm səni...

Arzum budur saz əlimdə,Şirin mahnılar dilimdə.Bir dəli köhlən belində,Qarış-qarış gəzim səni.

Sözü süzdüm süzgəcindən,Qaçdım insanın gəcindən.Min türfə gözəl içindən,Özüm seçdim, özüm səni.

Qayaların qalanıbdır,“Könlüm evi talanıbdır”Neçə yerdən dolanıbdırMənim yolum, izim səni.

Quzqulaqlı dağ ətəyi,Körpə baldırğan özəyi,Dağgülü, qaymaqçiçəyi,Misralara düzüm səni!

Sağım meşə, solum meşə,Səni gəzdim mən həmişə.

Necə qıyım ay bənövşə,Öz kökündən üzüm səni!?

Ocaq dağı, məni dinlə,Özüm qəsdən bilə-biləİstəmədim sözlərimləYorum səni, üzüm səni...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов