Mənimlə xoş məclis qurmaq istəyənQoy Ocaq dağının başına gəlsin!Əgər Oyuqluda yorulsa atı,Barı Divəklinin qaşına gəlsin!

Mənim Telliqayam, Dəvədaşım var,Hər yerdə öz dostum, öz sirdaşım var...Bizim oylaqlara gəlməsin yadlar,Mehriban dost gəlsin, aşina gəlsin!

Mənasız keçməsin bir an ömür-gün,Yaşıl bir talada toy oldu bu gün.Ürəkdən istərdim, belə toy-düyün,Əryən cavanların başına gəlsin!

Dağlar zirvəsidir eşqim vüqarı...Sözümdən incisə könlümün yarı,Qoy elə çəksin ki, qoşa yayları,Nizə kirpikləri qaşına gəlsin!

Kim hünərlə vurur iş külüngünü –Dağ çapır həftənin altı gününü.Haqqı var, kef üçün, yeddinci günüMehriban bulağın başına gəlsin.

Nə yazın dərdi var, indi nə qışın,Bu gün siz nişandan, toydan danışın!Məclisdə əyləşən dostun, tanışınİstərəm bu mahnı xoşuna gəlsin!Kirovakan, 1961

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов