Mahnı qoşdun çiçəklərə bir zaman,İndi dolan bu yerləri, alış, yan.Seyrangahda ceyranları ovlayan,Ovçuların oylaqları qalıbdır.

Ərimişdir, dağ döşündən enib qar,İndi dağda nə qoyun var, nə mal var,Köçən gündən ağır ellər, obalar,Gözü yolda yaylaqları qalıbdır.

Aşıq dedi: gözüm qaldı sənəmdə,Nə onda bir cürət oldu, nə məndə.Gözəllərin, zolaq-zolaq sinəmdəBiləsiniz nə dağları qalıbdır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов