(Birisi belə deyirdi)

Adam var olmasa daBaşında kamal, bilik.Ona çox kömək edirYaltaqlıq, üzgörənlik.

Təbiət çömçə-çömçəYaltaqlıq paylayanda,Mənə çatan zamanı,Çömçə düşdü əlindən.Düzü buna şadam mən.

Əfsanəyə oxşayırBiraz həqiqət də var.Dediyim bu yalanda,Nə yaxşı ki, təbiətMənə heç pay verməyibYaltaqlıq paylayanda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости