Gərgin qaşlarını çatanda zaman,Bir xəbər yayıldı şəhərə, kəndə...Sənin əziz oğlun, o ciyərparanAlıb silahını yola düşəndəPolad qollarını boynuna saldı,Nəmli gözlərində dünya qaraldı...

Öpüb əllərindən, düşəndə yola,Qəlbin də, könlün də getdi onunla...Xəyallar içində hər saat, hər günOnu xatırladın, onu düşündün.İndi, əziz ana, mehriban ana!Bu ellər yenidən gəldi cahana.Silindi göylərdən qara buludlar,Gözün aydın olsun, bir şad xəbər var!..

Ey uzaq yolları gözləyən gəlin!Yenicə çıxmışdı xınadan əlin.Güllü bağçamızı boranlar aldı,Sənin toy paltarın boğçada qaldı...Zəfər bayramını etməmiş vətən,Bir dəfə geyinib bəzənmədin sən.Narın əllərinə xına qoy indi,

Səadət sənindir... dünya sənindir!..Bu gündən açılsın bağlı boğçalar.Gözləriniz aydın, bir şad xəbər var!..

Sən ey çiçək dərən, dəstə bağlayan,Bağçada gah gülən, gah da ağlayan,Arabir eyvana çəkilib yalnız –Baxıb bir şəkilə qəmgin olan qız!Duyuram, qəlbində dərdin var sənin,O kədər – cavabsız eşqindir, yəqin.Yolunu gözlədin xeyli zamandır,İncimə, amandır, küsmə, amandır!Bir daha getmə sən fikrə, xəyala,Az qaldı, az qaldı şirin vüsala...Bağçanız güləcək, gözlərin aydın!Nişanlın gələcək, gözlərin aydın!

Xalqın silahını, qılıncı – qınıMüqəddəs daşıdıq vicdanımızla;Sular söndürməyən qorxunc yanğınıƏzmlə söndürdük öz qanımızla.Asdı bayrağını göylərə zəfər,Silindi buludlar, açıldı hər yan...Bir düha, bir qılınc, bir də bu ellərÇıxardı bəşəri qan dəryasından,Gözündə qalmadı xalqın diləyi –Dayandı qan seli, səmum küləyi.Söndü cəhənnəmin alovu, söndü,Dünyamız yenə də cənnətə döndü...

Qumaş paltarını geyindi dağlar,Töküldü sinəmə şır-şır bulaqlar...Ay ellər, göylərə uçanda xəyalSaz hanı, tar hanı, ney, qaval hanı?Çal, dönüm gözünə, aşıq, sən də çal!Qoy səsin bürüsün bütün cahanı!Ellər bu yanğından çıxdı hünərlə,Böyük qalibiyyət, böyük zəfərləQayıdır cəbhədən dostlar, tanışlar,Gözləriniz aydın, bir şad xəbər var!

May, 1945

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине