Cüllüt
Çox qürurla cik-cik edir,Qonub uca bir budağa.Həm yaxına baxır tez-tez,Həm də göz qoyur uzağa.
Nə göylərdə bir qartal var,Nə də yerlərdə bir quzğun.Daha nədən qorxacaqdır,Daha nə vecinə onun.
Bircəsi də görünməyir,Məndən sayır bütün quşlar,Bu meşəyə hansı uçsa,Məni görsə qanad salar.
Yanında bir yuva da var,Çördən-çöpdən tikib bu yaz,Elə balacadır, onaİki-üç noxud sığışmaz.
Deyir – özüm sevməyirəm –Heç göylərlə yoxdur aram,Mən istəsəm qartaldan daYüksəklərə tez uçaram...
Siz bir baxın, o cüllütünÇöp yuvası nə boydadır?Görün, özü nə boydadır,İddiası nə boydadır?..
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-cullut
Клавиши ← → для перехода, R — случайное стихотворение