Bürüdü elləri yenə dərd, ələm,Aşığın kədəri başından aşdı.Dedi – Bu yerlərdə qala bilmərəm.Vəfalı sazını götürüdü qaçdı...

Qaldı yadigarı öz sirdaşında...Yandırdı simləri qəlbinin odu.Uca bir qayanın durub başında,Sədəfli sazını çaldı, oxudu:

“Ay ellər, qəlbimi sökdü dağ-düyün,Dəmir pəncərədən boylanan hər gün –Ağırdır bir məhbus tarizən üçün,Mizrab ayrılığı, tar ayrılığı.

Duyar kədərimi, düşünsə hər kim,Mənim dağlar qədər böyükdür dərdim.Zülmə, işgəncəyə yenə dözərdim,Hər şeydən ağırdır yar ayrılığı...”

Ey aşıq, duyuram dərdini sənin,Alovlar içində yanır vətənin.Lakin diləkləri sarsıtmaq olmaz,Nə qədər bir ucdan düşsə qırhaqır...

Bu gün döşündəki o sədəfli saz,Sabah da əlində əyri qılıncdır.İgidlər silahla göstərdi hünər,Oxu! Səs verəcək səsinə ellər.

Aşıq dostum, inan xalqın gücünə,Bu gün boz dağlara çəkilsən də sən –Onun qüdrətiylə, əliylə yenəSabah öz yurduna tez dönəcəksən!Təbriz, aprel, 1942

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине