Deyirəm yanırdı, alovlanırdı,Sənin ürək odun nə tezcə söndü.Közərən kömürlər qaraldı, keçdiKöç yerində qalan küllüyə döndü.

Deyirsən çırpınmır, qəriblik çəkir,Elə bil ceyrandır düşüb kəməndə.Ürəyim sən görən ürək deyil yox,Donub şaxta vurmuş yanıq sinəmdə.

Deyirəm yanmayır məhəbbət quşum,Bəlkə yağış dəyib, qanadı nəmdi.Qəlbimdə sönməkdə olan qığılcımEşqinə binəmdir, sənə binəmdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов