Qardaşım Qurbana

Bu yerlərdə, könül dostum, sinəmdəBir yaralı bülbül ağlar, nə bilsin?Buruq-buruq duman çıxır başımdan,Mən yanıram, qarlı dağlar nə bilsin?

Buz diləyir qızdırmadan üzülən...Qayaların arasından süzülən,Sədəfləri göy otlara düzülənSərin çaylar, buz bulaqlar nə bilsin?

Alınlardan puçur-puçur axır tər,Çay quruyur, quma çökür gəmilər;Bürkü vurur, külə dönür zəmilər –Döşü qarlı, göy yaylaqlar nə bilsin?

Öyrənmişəm hələ kiçik yaşımdaMən sirrini torpağın da, daşın da...Dəli çaylar gecə-gündüz başımdaGur şəlalə axıb çağlar nə bilsin?

Daha ömür baharıma qış düşür,Baş ağarır, bel bükülür, diş düşür.Neçin bizdən şux ceyranlar ürküşür?Keçən günlər, ötən çağlar nə bilsin?Soçi, Novaya Rivyera, 1954

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов