Gözəlim, durdunmu gül yatağından,Könlümü zülfündə ara, geyinmə!Qoy hələ başına dönüm, dolanım,İpək saçlarını dara, geyinmə!..

Zülfün qamətindən uzundur, uzun,Yalansa, əmr eylə boynum vurulsun!Ayna qabağında bir ayna dursun,Görünsün əndamın yara, geyinmə!

Qəlbimi, könlümü, sənə vermişəm,Hər zaman başına dönməkdir peşəm.Mən hələ bağçandan güllər dərmişəm,Əlim yetişməmiş nara, geyinmə!

Sənə şal yaraşır, ipək yaraşır,Görəndə sevincim başımdan aşır,Bəyaz qumaşlardan gözüm qamaşır,Ara geyinsən də, ara geyinmə!

Bu könül sözümdür, dedim ürəkdən,Bil ki, xoşum gəlməz bəzək-düzəkdən!Geysən də al, yaşıl, abı ipəkdən,Üstü qara güllü xara, geyinmə!

Ey mələk, üzümə gülmə üzərdə,Bilirsən məna var bu pərdələrdə...Əgər geyinsən də xeyirdə, şərdə,Sən bizə gələndə qara geyinmə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе