Yenə gəlib bahar fəsli,Süsən, sünbül, Məzə dağı,Açılıb güllər, nərgizlər,Bənəfşələr, bəzə dağı.

Siyah zülfləri hörünsün,Dal gərdəninə bürünsün,Alçaq olsun yar görünsün,Bir görünsün gözə dağı.

Bülbüllər uçdu gülümdən,Oldum ulusu-elimdən,Abbas qara qul əlindən,Qan ağlayıb gəzə, dağı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви