Yarın oylağının sehrinə vardım,Yar gedib yaylağa, aya, sərindi.Yar sevən canını qoyar sərasər,Dost yolunda gedər, ayə, sər indi.

Sinəm üstü çalın-çarpaz bu dağı,Yar dəstinə bax tutubdu bu dağı.Bərvi yağı bağlayacaq budağı,Bir badı gibadan ay əsər indi.

Taxtdan saldı Rüstəmi, a Zalı,Göz görməsə məhəbbətlər azalı,Abdullaya gələn dostlar azalı,Gəlibdi sərimə ay əsər indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви