Kişi olub el içində dolanan,Çəkəcək aləmdə sərsə qal indi.Nadansan, qanmırsan xeyir, şərini,Niyə qurdun mənə, sarsaq, al indi?

Müxənnətin ayağına, dərinə,Xəstə olan yalvaracaq dərinə.Əqlin çaşdı, niyə düşdün dərinə?Kim deyirdi sənə sar sağal indi.

Abdullayam, düşdüm ala bilmirəm,Qara xəttim olub ala bilmirəm.İpəkdən, zərbafdan ala bilmirəm,Yaraşır qəddinə, sarsaq, al indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов