Qara torpaq
Gedirsən: yaxşı yol!Bir-iki qoyluqqara torpaq gətir,kənddən gələndə.Əvəzində onunmən də
Minnətdarlıqla sizə,Bir şeir yazaramdoğma kəndimizə.Güllərimin torpağıyaman azalıb, – dedim,Dibçəklərin dibindəcəqalıb, – dedim.– Nə qədər torpaq gərəkdir,Sizin güllərə, çiçəklərəBir vaqon bəsdirmi? –deyib, güldü qonaq.– Yox, – dedim –bir tabaq,bircə çanaq,qara torpaq,Yola saldım, getdi qonaq...Torpaq!Bircə tabaq!Bircə çanaq –qara torpaq!Bir görNə günə qalmısan, şair!Bircə çanaq qara torpaq?Fikirlərbaşımı yordu bu axşam...Gör, yerdən, – dedim –Nə qədər uzaqlaşmışam,uzaqlaşmışam!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-qara-torpaq
Клавиши ← → для перехода, R — случайное стихотворение