Hədiyyə
Ayağım torpaqdan üzülsə bir günDüşərəm taqətdən, düşərəm əldən,Mən ağ günlərimi ağ buludda yox,Bu qara torpaqda gəzdim, əzəldən.
Təbiət böyükdür, zəngindir, lakinŞeriyyət aləmi daha genişdir –Biz elə dostuq ki, hələ o məndən,Bircə sirrini də gizlətməmişdir.
Buyurun, şərh edim bircə çiçəkdəMüxtəlif rəngini, ətrini yerin...Bunun əvəzində, yazları siz də,Mənə bircə dəstə bənövşə verin!..Bakı, mart, 1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-hediyye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bahardır... gün dəyir, yer nəfəs alır,Ötür həzin-həzin meşədə quşlar.
Ala çinar(Yaralı şairin dəftərçəsindən)Ala çinar! Şeir yazdım sinənə,
Sünbül və at nalı(Bir əsgərin dilindən)Biçinçi qardaşım, elə biç ki, sən
Ağ xələtli qızGözüm pəncərədən baxır uzağa.Görürəm hər tərəf bürünmüş ağa –