Təqvimin son varağı
Ağacdan yarpaqlar endikcə bir-bir,İl də arxasından atır yükünü.Təqvimin kötüyü üstündə əsirTək qalan son varaq – ilin son günü...Günlər! Əziz günlər, mənə deyin siz,Yanımdan nə tezcə gəlib keçdiniz?Əgər birinizdən yapışıb möhkəm,Özümlə əbədi saxlaya bilsəm...Yox, bu mümkün deyil, bir xoş diləkdir,Ötən gün bir daha dönməyəcəkdir...
İndi xətt çəkilir, yekun vurulur,Hər kəs öz varını qoyur meydana:Qızıl qatarlara taylar vurulur –Yeni qüvvət gəlir Azərbaycana!Şair, bir işçi tək, bir mühəndis təkElin qarşısında hesab ver görək –
Fəhlələr layları qazdıqca dərin,Çatır məhvərinə buruqlar yerin...Lakin bu lövhəni cızmaq istərkən,Kağıza çatmayır qələmim nədən?..
Zamandır ölçüsü işin, hünərin;Borcunu verməmiş keçən günlərin.Gələcək günlərə qədəm basılmaz,Təqvimin üstünə təqvim asılmaz!
Günlər, əlim çatmır, dağdan aşdınız,Siz məndən əbədi uzaqlaşdınız.Bu günün eşqilə yaranır hökmən,Böyük insan gücü, insan hünəri.Ehramlar qurardım dəqiqələrdən,Qaytara bilsəydim ötən günləri...
İlin son günüdür, yaşadığım gün,İmtahan verirəm sanki bu axşam.Təqvimdən bir varaq qoparmaq üçün,Bəlkə beş-on varaq yazıb pozmuşam.Dostlar, gözləməyin doğan ülkəri,Mahnılar söyləyin bir yeni səslə.Qoparıb tək qalan son vərəqləri,Yeni təqvimləri asın həvəslə!Gülsün üzünüzə açılan səhər –Yeni il, yeni iş, yeni fikirlər!Hamı iş başına hər səhər erkən!Günümüz keçsə də toyda-düyündə,Elə başlayaq ki, birinci gündənPeşiman olmayaq sonuncu gündə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-teqvimin-son-varagi
Клавиши ← → для перехода, R — случайное стихотворение